“MEGAFUN”da uduşlu “Həyəcan mövsümü” lotereyasının şanslı qalibləri müəyyənləşdi

12:09 17-09-2019 645

“Megafun” dedikdə hər bir insanda müsbət emosiyalar yaranır, desək, yəqin ki, yanılmarıq. Niyə də yaranmasın?!

Bura pulsuz “Megafun” avtobusları ilə gələ bilir, yüzlərlə attraksionlarda əylənə bilir, ən nəfis təamlardan dada bilir, alış-veriş edib, özünüzə qulluq edə bilirsiniz. Ancaq “Megafun” bununla kifayətlənmir.

Yarandığı gündən bəri maraqlı aksiyalar keçirir, konsertlərin məkanına çevrilir, uduşlu lotereyaları təşkil edir. Belə lotereyalardan biri də iyunun 14-də start götürən “Həyəcan mövsümü” lotereyasının 1-ci turu bir neçə gün öncə bu sevimli istirahət məkanında baş tutdu.

Xatırlayırsınızsa, lotereyanın iştirakçısı olmaq üçün şərtlərin çox sadə olduğunu xəbər vermişdik. Bunun üçün sadəcə “MEGAFUN” Ticarət və Əyləncə Mərkəzinə gəlmək, ticarət mərkəzinin mağazalarından alış-veriş etmək, gözəllik salonu, restoran və ya kafeni ziyarət etmək və yaxud da uşaqları attraksionlara apararaq cəmi 50 manat xərcləməyiniz kifayət idi.

Hər 50 manat onun xərcləyənə bir lotereya kuponu təmin edirdi. Və sentyabrın 14-də bütün bu kuponlar lotoronda öz şansını sınadı. Daha doğrusu, kuponların sahibləri.

Bu həyəcanlı anları həm “Megafun”ın qonaqları, həm də Xəzər TV-nin tamaşaçıları canlı izləyə bilirdi. Lotereyanın gedişatına və şəffaflığına 5 nəfərdən ibarət bitərəf komissiya nəzarət edirdi.

Tədbirin aparıcısı isə enerjisi ilə hər bir iştirakçının əhvalını daha da yüksəldən sevimli aparıcı Nəsib Nur oldu. Səhnəmizin iki parlaq ulduzu - Əməkdar artist Tünzalə Ağayeva və Çingiz Mustafayev isə lotereyanın yalnız maddi hədiyyələrlə deyil, mənəvi hədiyyələrlə də yaddaşlarda qalmasını təmin edə bildi. 

37 mükafatın hər biri öz qalibinə qovuşdu. Lakin onların ikisi ən böyük diqqəti öz üzərində cəmləşdirmişdi. Bu da təsadüfi deyildi. Çünki söhbət iki ədəd “Wolksvagen Polo” avtomobilini qazananlardan gedirdi.

Kuponlar çəkildi və hər iki şanslının xanım olduğu anlaşıldı. Ayşən Əliyeva ilk, Nərgiz Əsədova isə 2-ci avtomobilin bəxtəvər sahibi oldu. Efir boyu Ayşən xanımla əlaqə saxlamaq mümkün olmasa da, ikinci qalibin o anda “Megafun”da olması başda qalibin özü olmaqla hər kəsi daha da həyəcanlandırdı.

Dünən isə hər iki xanım “Megafun”a ictimai nəqliyyatla gəlib oradan öz avtomobilləri ilə ayrıldılar. Siz isə “Megafun”dan ayrılmayın. Çünki “Həyəcan mövsümü”-nün 2-ci turu artıq start götürüb və düz dekabrın 19-a qədər davam edəcək.

“Megafun”a gəlin, alış-veriş edin, əylənin, istirahət edin, cəmi 50 manat xərcləyərək onlarla dəyərli hədiyyələr və ən əsası yenə də 2 ədəd “Wolksvagen Polo” avtomobili qazanın.

Hər kəsə uğurlar arzu edirik!

Qaliblərin siyahısını təqdim edirik: