Baba Rzayevin falçı sevdası: “Azərenerji”ni ektrasenslər idarə edir? – VİDEO

14:08 17-09-2019 62

Hazırda Azərbaycanda falçılıq və cadugərlik olduqca geniş yayılıb. Onlara maraq göstərənlər isə heç də ancaq sadə vətəndaşlar deyillər. HərGün.az-ın məlumatına görə, vəzifəli şəxslər də falçı və cadugərlərin xidmətindən geniş istifadə edirlər.

Bunu heç falçı və cadugərlərin özləri də gizlətmirlər. Bu günlərdə isə "Azərenerji” rəhbəri Baba Rzayevin falçı və ekstrasenslərin fəaliyyətindən bəhrələndiyini sübut edən kadrlar ortaya çıxıb. Kadrlardan görünür ki, dini qiyafədə olan bir şəxs şam yandıraraq,

Baba Rzayevin qəbul otağının qarşısında dualar oxuyur, sonra isə tərkibi bəlli olmayan mayeni onun otağına səpir.

Həmin görüntüləri təqdim edirik:

Baba Rzayev özünü cadu ilə qoruyur


Bu günlərdə isə “Azərenerji” rəhbəri Baba Rzayevin falçı və ektrasenslərin fəaliyyətindən bəhrələndiyini sübut edən kadrlar ortaya çıxıb.

Caduyla qorunan Rzayevin milyonları



Prezident İlham Əliyevin sərəncamı ilə Balababa Rzayev “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilərək, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib. Mətbuatda Baba Rzayev kimi tanınmasını istəyən Balababa Rzayev və onun həyat yoldaşı Nərminə Həsənova iqtidarda olan Yeni Azərbaycan Partiyasının üzvləridir.

Bakıda Böyük Şor şosesində işıqlı, çilçıraqlı binası ilə göz oxşayan “Santral Elektrik” LTD şirkətinin səhmlərinin rəsmi sənədlərə görə 70 faizi Baba Rzayevə, 30 faizi onun həyat yoldaşı Nərminə Həsənovaya məxsusdur.

“Santral Elektrik”in əsasını 2000-ci ildə Türkiyədən olan tərəfdaşı ilə birlikdə qoyub. Sonralar, 2003-cü ildə türkiyəli iş adamı öz payını Baba Rzayevə satıb. “Bakelektrikşəbəkə”yə sədr keçdikdən sonra onun, “Santral Elektrik”i də qeyri-rəsmi idarə etdiyi bildirilir. Sonradan “Santral Elektrik”ə rəhbərlik səlahiyyəti İlham Həsənova – Baba Rzayevin qaynına verilib.

Büdcədən maliyyələşən sifarişləri həyata keçirən “Göknur Bakı LTD”, “GBS” MMC şirkətləri “Santral Elektrik”lə təkcə eyni ünvanı bölüşmür. Bu şirkətlərin təsisçi və rəhbərləri də Rzayevlər ailəsinin üzvləridir. “General Boards System” – GBS Məhdud Məsuliyyətli Cəmiyyətini Baba Rzayevin oğlu və qardaşı – Fuad Rzayev və Emin Rzayev 2003-cü ildə təsis ediblər. Şirkət elektrik avadanlıqları istehsalı ilə məşğuldur. GBS MMC-nin son işləri Bakı beynəlxalq Hava Limanı, Muğam Teatrı, Park Bulvar və Landmark-n işıqlandırmasını təmin etmək olub.

Ölkə rəhbərinin tapşırığı ilə yoxlama aparan Dövlət Nəzarəti Şöbəsinin rəyinə əsasən, “Bakıelektrikşəbəkə” ASC təqribən 90 milyon manat məbləğində 236 müqaviləni dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərini pozaraq tender keçirmədən, razılıq almadan birbaşa bağlamış, bəzi malların alınmasına təcili zərurət yarandığını əsas gətirərək birbaşa müqavilələrin bağlanmasına icazə alsa da, bəzən müqavilələri razılıqdan 4-11 ay sonra imzalamış, bir sıra hallarda isə tenderdən yayınmaq məqsədilə malların məbləği süni surətdə ayrı-ayrı hissələrə bölüşdürülmüşdür.

Təkcə 2011-ci il üçün tender reyestrində göstərilənlərə görə, “Bakıelektrikşəbəkə”nin “Gök-Nur Bakı”ya rəsmi müqavilələr əsasında ödədiyi pulların ümumi həcmi: 338368,86 manatdır. “Gök-Nur Bakı LTD” müxtəlif növ kabellərin istehsalı və quraşdırılması ilə məşğuldur.

Mənbə Bakupost.az