Ərdoğan Putin və Ruhanini əncirə qonaq etdi - FOTO

14:09 17-09-2019 637

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Putin və Ruhaniyə əncir qonağlığı verib.

O, bu barədə özünün rəsmi “Facebook” səhifəsində fotolar paylaşıb.

“Üçtərəfli zirvə görüşü üçün ölkəmizə gələn Rusiya dövlət başçısı Putin və İran Prezidenti Ruhaniyə Aydın bölgəsinin əncirlərindən təklif etdik”.

Xatırladaq ki, ötən gün üç ölkə başçısının zirvə görüşündə Suriyaya dair sammit keçirilib. Ankaradakı hazırkı danışıqlar təminatçı dövlət başçılarının Suriya ilə bağlı beşinci görüşü olub.

Bu formatda sammitlər daha əvvəl 22 noyabr 2017-ci ildə Soçidə, 4 aprel 2018-ci ildə Ankarada və 7 sentyabr 2018-ci ildə Tehranda baş tutub. Sonuncu görüş isə 14 fevral 2019-cu ildə Soçidə baş tutub.