Qanunu pozaraq azyaşlı Ceylanı anasına həsrət qoyan Davud Bağırov Abdulla Əfəndizadəni niyə həbs etdirmək istəyir?!

14:16 17-09-2019 1156

Oxucularımızın uzun müddətdir dəqiq məlumatları vardır ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyində iddiaçı Merim Beishekeyevanın (Beyşekeyevanın) cavabdeh Bağırov Davuda qarşı “Nikahın pozulmasına, azyaşlı qızı Ceylanın himayəsində qalması, aliment və s.” tələblərinə dair Dubay Ali Məhkəməsinin 250/2016 saylı 14 fevral 2017 il tarixli Qərarın Azərbaycan Respublikasının ərazisində tanınmasına və məcburi icrasına yönəlməsinə dair Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının (sədr Ə.Mirzəliyev, hakimlər: T.Qoldman və E.Vəliyeva tərkibdə) iş №10(102)-80/2017 saylı 05 oktyabr 2017 il tarixli Qərardadına əsasən Merim Beishekeyeva (Beyşekeyeva) tərəfindən verilən Ərizə və Vəsatət təmin edilərək icrasına yönəlmişdir.

Bağırov Davud Zöhrab oğlunun 13 noyabr 2017-ci il tarixində konustitusiya məhkəməyə vermiş olduğu şikayətinə görə respublikanın konustitusiya məhkəməsi 6 ay 10 gündən sonra 24 may 2018-ci il tarixiylə (sədrlik etmiş Kamran Şəfyev məruzəçi hakim Rövşən İsmaylov, Sona Salmanova terkibinde) icraata götürmüş olmuşdu (“Konstitusiya Məhkəməsi haqqında” AR Qanunun 52 maddəsinə əsasən şikayət daxil olduğu gündən 1 ay ərzində şikayətin icraata götürülüb-götürülməməsi haqqında məhkəmənin qərardadı çıxarılmalıdır). 28 iyun 2018-ci il tarixində keçirilmiş plenumunun iclasından 27 gün (əslində 35 gündən sonra) 25 iyul 2018-ci il tarixiylə (əslində 02 avqust 2018-ci il tarixində) qərarı tərəflərə xəbər vermədən çıxarmış olmuşdular (“Konstitusiya Məhkəməsi haqqında” AR Qanunun 63.5 maddəsinə əsasən məhkəmə uzağı 15 (on beş) gün ərzində məhkəmənin iclasında elan edir). Həmin qərarında konustitusiya məhkəməsi cəmi 2 hala alimentə və qəyyumluğa görə xərclərin ödənilməsinə irad tutmuşdu.

d2

Biabırçı hal odur ki, Bağırov Davudun tərəfindən verilmiş etibarnamənin müddəti 2018-ci ilin aprel ayında bitdiyi, Quluyev Azərin həm səlahiyəti, həm də vəkil orderi olmadığı halda plenumun iclasında iştirak və çıxış etməsinin qarşısı konustitusiya məhkəməsi tərəfindən qəsdən alınmamış qalmışdır.
Həmin iş yenidən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən baxılarkən (sədrlik edən Ə.Ə.Şadiyev, hakimlər: Q.Ə.Allahverdiyev və İ.R.Xələfov tərkibdə) iş №10(102)-07/2019 saylı 06 fevral 2019 il tarixli Qərardadını konustitusiya məhkəmənin iradlarına əsaslı və qanuni şəkildə hüquqi qiymət verilməsinə baxmayaraq konustitusiya məhkəməsi heç bir əsas olmadan, ən acınacaqlısı isə “Konstitusiya Məhkəməsi haqqında” AR Qanunun 37.0.6. maddəsinə əsasən məsələ üzrə Konstitusiya Məhkəməsinin qərarı mövcud olduqda şikayətin icraata qəbul edilməsindən imtina olunması haqqında Qərardad çıxarılmalı olduğu halda Qanunun həmin tələblərinə kobud surətdə riayət etməyərək, Merim Beishekeyevanın (Beyşekeyevanın) nümayəndəsi, Hüquqşunas və araşdırmaçı jurnalist Abdulla Əfəndizadə qeyd etdiyi kimi həmçinin bizim saytın jurnalist araşdırması zamanı da uzə çıxmışdır ki, respublikanın konustitusiya məhkəmənin sədri olmuş Fərhad Abdullayev həyat yoldaşının – AR Ədliyyə Nazirliyin Baş qeydiyyat və notariat idarəsinin Bakı ş-ri Səbail r-n qeydiyyat şöbəsinin rəisi olmuş İskəndarova İradənin qisasını almışdı.

d3

Necə ki, İradə İskəndərova Merim Beishekeyevanın (Beyşekeyevanın) Amerika Birləşmiş Ştatlarının vətəndaşı olan azyaşlı qızı – 02 noyabr 2012 il təvəllüdlü Ceylaya 16 noyabr 2012 il tarixdə Nyu-York şəhərində doğum şəhadətnaməsini verdiklərini gördüyü və bildiyi halda saxtakarlıqla Azərbaycanda da özü də ki, nə Bağırov Davudun, nə də Merim Beishekeyevanın (Beyşekeyevanın) iştirakları olmadan, Etibarnamələri verilmədən Bağırov Davudun bacısı olmuş Bağırova Cəmiləylə qanunsuz “sövdələşmə” əsnasında 12 dekabr 2012-ci il tarixində saxta doğum şəhadətnaməsi vermiş olmuşdu.

Bağırov Davud ikinci dəfə-yəni AR Ali Məhkəməsinin 06 fevral 2019 il tarixli Qərardadına qarşı şikayətini vermiş olduqda yenə də həmin məhkəmənin tərkibində (sədrlik etmiş Mahir Muradov, məruzəçi hakim Rövşən İsmaylov, hakimlər: Sona Salmanova, Kamran Şəfyev terkibinde) 18 aprel 2019-cu il tarixiylə (əslində 25 aprel 2019 il tarixindən sonra) çıxarmış olduğu qərardadla icraata götürülmüşdü. Sadəcə “rənglik qatmış olmaq”  məhkəmənin hakimi olmuş Mahir Muradovdan “istifadə etmişdilər”.

Yəni bu dəfəki icraatda məhkəmə tərkibinə Mahir Muradov sədrlik etmiş olmuşdu, məruzəçi hakimi yenə də Rövşən İsmayılovdan, digər hakimlər də yenə də Sona Salmanovadan və Kamran Şəfyevdən ibarət idilər.

Bununla konustitusiya məhkəməsi “Konstitusiya Məhkəməsi haqqında” AR Qanunun 25 maddəsini-Qərəzsizlik və ədalət prinsipini kobud surətdə pozmuşdular. Belə ki, Konstitusiya Məhkəməsində həyata keçirilən icraat zamanı hakimlər işlərə müstəqil, qərəzsiz və ədalətlə baxırlar. Eyni zamanda konustitusiya məhkəmənin hakimləri “Konstitusiya Məhkəməsi haqqında” AR Qanunun 46 maddəsini kobud surətdə pozaraq eyni işə eyni tərkibdə təkrar baxmış olmağa “razılaşmışdılar”.

“Konstitusiya Məhkəməsi haqqında” AR Qanunun 46.1.1. maddəsinə əsasən hakim (və ya hakimlər) əvvəllər öz qulluq vəzifələrinə görə məsələ üzrə qərar qəbul edilməsində iştirak etmişlərsə özü-özlərinə etiraz verməlidirlər. Bu bir daha onu deməyə əsas verir ki, görünür digər hakimlər Südabə Həsənova, Rafael Qvaladze, Ceyhun Qaracayev və İsa Nəcəfov belə bir qanunsuzluğa qol qoymaq istəməyiblər.

Biz jurnalist araşdırnası apardığımız zaman məlum oldu ki, hələ bu günə qədər respublikanın konustitusiya məhkəməsi tərəfindən vətəndaşların şikayətləri nə qədər haqlı olsalar da ikinci dəfə icraata götürməyiblər. Bu qanunsuzluğun baş vermiş olması bir daha qisasçılıqdan irəli gəlmiş hərəkətin bariz nümünəsi idi.
Bağırov Davudun tərəfindən ikinci dəfə verilmiş şikayətinə görə müəmmalı odur ki, respublikanın konustitusiya məhkəməsi tərəfindən məhkəmə iclasının yazılı aparılmış olması qənaətinə birdən-birə 08 may 2019-cu il tarixində gəlmiş olması barədədir.

Belə ki, +994552550040 mobil telefonundan (bu konustitusiya məhkəməsinin plenumunun katibliyindən idi) 08 may 2019-cu il tarixində saat 11:00 radələrində Abdulla Əfəndizadənin mobil telefonuma zəng gələrək, məhkəmə iclasının yazılı aparılacağı barədə məlumat verilmişdi.

Abdulla Əfəndizadə də 08 may 2019 il tarixdə hazırladığı, 10 may 2019 il tarixdə konustitusiya məhkəmənin dəftərxanasına Etirazı təqdim etmişdir. 14 may 2019 il tarixdə isə konustitusiya məhkəmənin hakimləri: Həsənova Südabə, Qvaladze Rafaelin, Qaracayev Ceyhunun və Nəcəfov İsanın adlarına Ərizələrini təqdim etməklə, qoşmada Etirazın surətlərini təqdim etmişdir.

Bu Məqaləni yazmaqda məqsədimiz məhkəmə-hüquq şurasının nəzarət və təftiş etmə səlahiyyəti olduğu digər məhkəmə instansiyalarında baş vermiş özbaşınalıqlar və qanunsuzluqlar barədədir. Belə ki, Bağırov Davud Merim Beishekeyevaya (Beyşekeyevaya) qarşı “valideynlik hüquqlarından məhrum edilmiş olmasına görə” qaldırmış olduğu iddia ərizəsini də məhz konustitusiya məhkəməyə şikayətini vermiş olduqdan bir neçə gün sonra Sabunçu r-n məhkəməyə təqdim edilmişdi.

Merim Beishekeyevanın (Beyşekeyevanın) hüquqlarının müdafiəçisi, hüquqşünas və araşdırmaçı jurnalist Abdulla Əfəndizadənin qeydiyyatda olduğu Bakı ş-ri, Zabrat qəs., Babək küç. ev 74 m.2 ünvanını öz iddia ərizəsində qeyd etmiş olsa da, sonradan “74” rəqəmindəki “7” rəqəmini diyircəkli qələmlə “1” rəqəmi ilə əvəzləmiş olaraq evin nömrəsini “74” yox, “14” kimi göstərmişdi. Yaxşı ki, ərazi aidiyyati üzrə poçt şöbəsinin poçtalyonu Merim Beishekeyevanın (Beyşekeyevanın) ad və soyadını yaxşı tanıdığından, dəfələrlə müxtəlif məhkəmə instansiyalarından onun adına Əfəndizadənin ünvanına göndərilən məktubları, bildirişləri gətirdiyinə əsasən bu dəfə Merim Beishekeyevanın (Beyşekeyevanın) ad və soyadının başqa ünvan göstərilsə də, səhv olduğunu zənn edib, Abdulla Əfəndizadəyə zəng vurub məlumat verdiyindən, Abdulla Əfəndizadə Sabunçu rayon məhkəməsindən onun adına göndərilmiş zərfi onlara təqdim etməsini xahiş etmişdir. Bu səbəblərdən poçtalyon həmin məktubu Abdulla Əfəndizadənin ailə üzvünə təqdim etmişdir.

Abdulla Əfəndizadə zərfi götürüb açdıqda Sabunçu rayon məhkəmənin hakimi olmuş Səmədov Əşirin 15 aprel 2019-cu il tarixində imzalamış olduğu 2(008)-3464/2019-cu saylı məktubunu və ona qoşmada Bağırov Davud Zöhrab oğlunun Merim Beishekeyevaya (Beyşekeyevaya) qarşı yazmış olduğu iddia ərizəsini görmüşdür. Həmçinin məhkəmənin hazırlıq iclasının da 22 aprel 2019-cu il tarixə saat 11:40 a təyin etmiş olduğunu görmüşdür.

Abdulla Əfəndizadə iddia ərizəsinə qoşmada olan sənədlərin siyahısına nəzər yetirib, Merim Beishekeyevanın (Beyşekeyevanın) axırıncı dəfə Azərbaycanda hansı ünvanda qeydiyyatda olduğuna dair dövlət miqrasiya xidmətinin arayışının olmadığını görmüşdür.

Bu qanunsuzluğu görən Abdulla Əfəndizadə dərhal respublikanın məhkəmə-hüquq şurasının qaynar xəttinə zəng vuraraq məhkəmənin hakimi olmuş Səmədov Əşirin öz maddi maraqları və ona verilmiş tapşırığa görə prosessual qanunvericiliyə riayət etmədiyini, prosessual qanunvericiliyin tələblərini kobud surətdə pozmuş olaraq digər tərəflərə məhkəmə çəkişməsinin bərabər aparılması üçün qəsdən şərait yaratmadığını (ən azı 10 (on) gün müddətdə tərəf xəbər tutduqdan sonra verilmiş iddiaya qarşı etirazını, mülahizəsini, rəyini hazırlayıb məhkəməyə təqdim etmək üçün imkan yaratmalıdır) görmüşdür. Hətta bu barədə “Millətinsəsi.info” saytının 22 aprel 2019 il tarixdə işıq üzü görən məqaləsində ətraflı göstərilmişdir.

Bir baxın! Bağırov Davudun iddası Merim Beishekeyevaya (Beyşekeyevaya) qarşı “valideynlik hüquqlarından məhrum edilmiş olmasına görə” iddiasına Sabunçu r-n məhkəməsi 07 may 2019-cu il tarixində keçirilmiş məhkəmənin hazırlıq iclasında məhkəmə baxışının qapalı keçirilmiş olması qərara alınmışdı.

Baxmayaraq ki, Merim Beishekeyevanın (Beyşekeyevanın) həmin mülki iş üzrə çıxan yeni nümayəndə və vəkili nə qədər israr etsə də ki, Merim Beishekeyevanın (Beyşekeyevanın) heç bir günahı olmadığından, üzü ağ olduğundan, heç nədən çəkinmədiyindən məhkəmə iclaslarının açıq aparılmasını artıq dərəcədə xahiş etsələr də, nədənsə Sabunçu r-n məhkəmənin hakimi olmuş Səmədov Əşir bu hala “etinasız” yanaşmışdı, məhkəmə iclasının qapalı aparılmış olmasında “maraqlı” görünmüşdü.

Lap əvvəldə qeyd edildiyi kimi bu hadisədən bir gün sonra respublikanın konustitusiya məhkəməsi də 08 may 2019-cu il tarixində plenimunun iclasının yazılı prosedurla (yəni bir növ qapalı) aparılmış olacağına görə məlumatını vermişdi. 23 may 2019 il tarixli məhkəmə iclasında Merim Beishekeyeva (Beyşekeyeva) tərəfindən Bağırov Davudun proktoloji, narkoloji və psixiatiriya ekspertizyasından keçirilməsi haqqında vəsatəti və Bağırov Davudun qanunsuz yolla əldə etmiş olduğu səs yazısının ekspertizadan keçirilmiş olması barədə vəsatətinə qiymət vermiş olmaq üçün Sabunçu r-n məhkəmənin hakimi olmuş Səmədov Əşir 04 iyun 2019-cu il tarixə (12 gün sonraya) saxlamışdı. 

04 iyun 2019-cu il tarixində Sabunçu r-n məhkəmədə “valideynlik hüquqlarından məhrum edilmiş olmasına görə” iddia üzrə məhkəmə prossesindən əvvəl Bağırov Davuda nümayəndə və vəkili olmuş Quliyev Azərin Abdulla Əfəndizadəyə açıq-aşkar bildirmiş olması ki, həm Sabunçu r-n məhkəməsi, həm də konustitusiya məhkəməsi o səbəblərə görə qapalı və yazılı prosedurla aparmağa qərara almışdılar ki, Abdulla Əfəndizadə iştirak edə bilməsin, hakimləri ifşa edə bilməsin, onların “işinə” mane olmasın.

Abdulla Əfəndizadənin Quliyev Azərə verdiyi suala ki, onların bir ərizəçi olmuş tərəfi kimi konustitusiya məhkəməsindən yazılı prosedurla keçirilmiş olması üçün razılıqları olub-olmayıb sualına Quliyev Azərin verdiyi cavab bu olub ki, nə onlar, nə də Ali Məhkəmə tərəfdən heç bir rəsmi razılıqları olmayıb. Çox qəribə idi ki, hələ 23 may 2019-cu il tarixində Sabunçu r-n məhkəməsi vəsatətlərin müzakirəsini Quluyev Azərin xahişinə görə 04 iyun 2019-cu il tarixə təxirə salmışdı.

04 iyun 2019-cu il tarixində isə Bağırov Davudun qanunsuz yollarla əldə etmiş olduğu səs yazısının Merim Beishekeyevaya (Beyşekeyevaya) aid olub-olmamasının müəyyən edilməsi üçün ekspertizaya göndərilməsinə dair qərardadı çıxarmışdı.

Lakin Merim Beishekeyevanın (Beyşekeyevanın) tərəfindən verilən Vəsatət- harada Bağırov Davudun proktoloji ekspertizasına göndərilməsi heç bir əsası olmadan təmin edilməmişdi, çünki Quluyev Azərin dediyi kimi nə Bağırov Davudun özü, nə onun bacısı olmuş Bağırova Cəmilənin, nə də Quluyev Azərin özü bu hala razılıq verməmişdilər.

Baxmayaraq ki, artıq 05 iyun 2019-cu il tarixində Abdulla Əfəndizadə mənbələrdən məlumat alır ki, 03 iyun 2019-cu il tarixində konustitusiya məhkəməsi Bağırov Davudun şikayətini təmin etmişdi, 12 iyun 2019-cu il tarixində konustitusiya məhkəməsindən nəhayət rəsmi şəkildə məlumat ala bilmişdir ki, 03 iyun 2019-cu il tarixində konustitusiya məhkəməsi yenə də bütün “hədlərini aşmış olaraq” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən Ə.Ə.Şadiyev, hakimlər: Q.Ə.Allahverdiyev və İ.R.Xələfov tərkibdə) iş №10(102)-07/2019 saylı 06 fevral 2019 il tarixli Qərardadını qüvvədən düşmüş hesab etmişdi.

Qəribə o idi ki, məhz konustitusiya məhkəmənin 03 iyun 2019-cu il tarixində qərarı gizlin halda çıxarmış olduqdan sonra Bağırov Davudun tərəfindən Abdulla Əfəndizadəyə qarşı Sabunçu r-n məhkəməyə xüsusi itiham qaydasında şikayətini 04 iyun 2019-cu il tarixində təqdim etmişdi. Həmin şikayətdə 2018 ilin noyabr ayından başlamış olaraq 23 may 2019-cu il tarixə qədər dövrdə guya Abdulla Əfəndizadə tərəfindən təhqir olunduğunu “iddia etmiş olmuşdu”.

Müəmallı hal odur ki, Bağırov Davudun verdiyi şikayətdə konustitusiya məhkəmənin sədiri kimi Fərhad Abdullayevin, Yasamal r-n məhkəmənin sədiri olmuş Araz Hüseynovun, Sabunçu r-n məhkəmənin sədiri olmuş İlqar Abbasovun və digər şəxslərin də, “hüquqlarını müdafiə etmiş olmuşdu”. Bu hal isə bir daha onu deməyə əsas verirdi ki, bütün bu işlərdə Fərhad Abdullayevin, Araz Hüseynovun, İlqar Abbasovun da iştirakları baş vermiş, Bağırov davudu yönləndirmiş olmuşdular.

Hətta Sabunçu r-n məhkəmənin hakimi olmuş Mirheydər Zeynalov Abdulla Əfəndizadəyə vaxtında məhkəmənin hazırlıq iclasının keçirilmiş olacağı barədə bildirişi də göndərməmişdilər. Həmin zərfin surətindən məlum olur ki, Abdulla Əfəndizadəyə məhkəmənin bildirişi məhkəmənin hazırlıq iclasının ilk dəfə keçirilmiş olduğu gün – 11 iyun 2019-cu il tarixində göndərilmişdir. 13 iyun 2019-cu il tarixində ünvanına çatmışdı.

d1

Eyni zamanda Bağırov Davudun, onun bacısı -Ailə, Qadın, Uşaq problemlər üzrə dövlət komitənin uşaq problemlər şöbəsinin müdiri Bağırova Cəmilənin, həmin komitənin sədiri omuş Hüseynova Hicranın, konustitusiya məhkəmənin sədiri olmuş Fərhad Abdullayevin, onun həyat yoldaşı İradə İsgəndərovanın, onların övladı Abdullayev Həbibin və digərlərinin barəsində heç bir mövzu yazmamağımızı Merim Beishekeyevanın (Beyşekeyevanın) nümayəndəsi Abdulla Əfəndizadə israrla bizdən xahiş etdiyini nəzərə alaraq gördüyünüz kimi saytımızda 14 may 2019 il tarixdən 06 avqust 2019 il tarixinə qədər heç bir məqalələrin işıq üzü görməsi baş verməmişdi.

Abdulla Əfəndizadə bu halları ilk olaraq ayağında baş vermiş ağır xəstəliyi, sonra isə Bağırov Davudgillə, onun nümayəndə və vəkili olmuş Quliyev Azər vasitəsilə Amerika Birləşmiş Ştatlarının vətəndaşı azyaşlı Ceylanın anası Merim Beishekeyeva (Beyşekeyeva) ilə hər həftə 72 (yetmiş iki) saat ərzində görüşməsinə, Merim Beishekeyevanın (Beyşekeyevanın) Azərbaycana hər həftə gedib-gəlməsi, hər həftə 3 (üç) gün ərzində mehmanxanada qalması üçün Bağırov Davudun tərəfindən pulların ödəniləcəyi, yaxın vaxtlarda bu barədə müqavilənin bağlanacağı haqqında razılığa gəldiklərini bildirməsilə əlaqələndirirdi.

Halbuki biz Bağırov Davudun, Bağırova Cəmilənin, Quluyev Azərin səmimiyyətlərinə inanmırdıq. Bu barədə Abdulla Əfəndizadəyə dəfələrlə xəbərdarlıqlarımızı, bizə çatan dəqiq məlumatları diqqətinə çatdırmışıq.
O ki, qaldı Bağırov Davudun Abdulla Əfəndizadəyə qarşı xüsusi itiham qaydasında vermiş olduğu şikayətinə görə onlar da əsassızdır. Belə ki, Bağırov Davudun şikayətinə qarşı Abdulla Əfəndizadə tərəfindən 25 iyun 2019 il tarixdə verilən Etirazın surətinə diqqət yetirdikdə bütün hallar məlum olur.

Eyni zamanda “MillətinSəsi” saytının Sabunçu r-n məhkəmənin hakimi olmuş Mirheydər Zeynalova 24 iyun 2019 il tarixlə ünvanladığı, 25 iyun 2019 il tarixdə saat 10:16 da Sabunçu r-n məhkəmənin dəftərxanasından qeydiyyatdan keçən məktubundan məlum olur ki, Abdulla Əfəndizadə youtube və facebook sosial şəbəkələrdə etdiyi çıxışlarını “MillətinSəsi” saytının yerləşdiyi ünvanda – Bakı ş-ri, Yasamal r-nu, Mətbuat prospekti, 529 məhəllə, “Azərbaycan” Nəşriyyatı, 7-ci mərtəbədə baş vermişdir, “MillətinSəsi” loqosu ilə həyata keçirmişdir.

Lakin bu hallara baxmayaraq Sabunçu r-n məhkəmənin hakimi olmuş Mirheydər Zeynalov Bağırov Davudun tərəfindən verilmiş xüsusi itiham qaydasında şikayətini 27 iyun 2019-cu il tarixində icraata götürülmüş olması barədə qərarı çıxarmışdı. Çünki digər tərəflərdən gəlmiş təzyiqlərə, göstərişlərə görə, həmçinin Bağırov Davuda nümayəndə və vəkili olmuş Quluyev Azərlə hələ Binəqədi r-n məhkəməsindən olmuş tanışlıqların ucbatlarından, daha sonra öz “marağı” baxımından Mirheydər Zeynalov belə qanunsuzluqlarda bulunmuşdu.

d4

Abdulla Əfəndizadə hakimdən nə qədər israrla xahiş etsə də ki, Bağırov Davud məhkəmə iclasında iştirak etsin, ona sualları var, hakim Abdulla Əfəndizadənin vəsatətini təmin etsə də, Bağırov Davud məhkəmə iclasına gəlməmiş, hakim isə Bağırov Davudun bu hərəkətlərinə hüquqi qiymət, işin icraatına xitam verməmişdi. Həmçinin Bağırov Davuda nümayəndə və vəkili olmuş Quliyev Azərin də məhkəmənin 03 iyul və 01 avqust 2019 il tarixlərinə təyin edilən iclaslarına gəlmədiyindən AR CPM 315.5. maddəsinə əsasən işin icraatına xitam verməmişdi. Sabunçu r-n məhkəmənin hakimi olmuş Mirheydər Zeynalov belə bir fikir bildirmişdi ki, xüsusi iddihamçı tərəf 2 dəfə ardıcıl gəlmədikdə işə xitam verilə bilər bəhanəsini önə çəkmiş olmuşdu.

Halbuki AR CPM 315.5. maddəsinin tələblərinə 2 dəfə ardıcıl gəlmədikdə yox, xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışı zamanı üzrsüz səbəblərə görə təkrarən məhkəmə iclasına gəlmədikdə, məhkəmənin qərarı ilə cinayət işinin məhkəmədə xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilir.


Abdulla Əfəndizadə ixtisasca hüquqşunas olduğuna əsasən ona məhkəmənin tərəfindən təyin etmiş olduğu vəkilindən imtina etməsinə baxmayaraq, Sabunçu r-n məhkəmənin hakimi olmuş Mirheydər Zeynalov Abdulla Əfəndizadəyə “sənə lazım olardı” demiş olub, Abdulla Əfəndizadənin istəyinə qarşı çıxmışdı. Nəhayət 07 avqust 2019-cu il tarixində keçirilmiş məhkəmənın iclasında Abdulla Əfəndizadə 06 avqust 2019 il tarixdə məhkəmənin dəftərxanasından qeydiyyatdan keçirdiyi, məhkəmənin iclasında təqdim etdiyi ərizəsindən sonra vəkil kənarlaşdırılmışdır.

Daha sonra Abdulla Əfəndizadə 14 avqust 2019-cu il tarixində Bağırov Davudun sualları cavablandıra bilməməsi və vermiş olduğu şikayəti əsaslandırmaması ilə əlaqədar 16 avqust 2019-cu il tarixli məhkəmə iclasından əvvəl məhkəmənin dəftərxanasından 15 avqust 2019 il tarixdə qeydiyyatdan keçirdiyi ərizəsi, həmçinin 21 avqust 2019 il tarixli məhkəmə iclasından əvvəl 19 avqust 2019 il tarixdə məhkəmənin dəftərxanasından qeydiyyatdan keçirdiyi Vəsatətinin kserosurəti, 21 avqust 2019 il tarixində keçirilmiş məhkəmənın iclasının əvvəlində bütün məhkəməyə verdiyi Etirazı rəsmi surətdə təqdim etmək üçün istədiyi vaxtla əlaqədar məhkəmənin tərəfindən məhkəmə iclasının 21 avqust 2019 -cu il tarixə saaat 16:00-a təyin edilməsi ilə əlaqədar məhkəmənin dəftərxanasından 21 avqust 2019 il tarixdə saat 14:49 da qeydiyyatdan keçirdiyi (məhkəmənin iclasına 1 saat 11 dəqiqə əvvəl) Etirazın kserosurəti, həmçinin 21 avqust 2019 il tarixdə məhkəmənin iclasında təqdim etdiyi 18 (on səkkiz) sualdan ibarət Vəsatətinin kserosurəti baş vermiş qanunsuzluqların bariz nümunəsidir.

Ancaq Sabunçu r-n məhkəmənin hakimi olmuş Zeynalov M.S.-in Etirazı nədənsə müzakirəyə çıxarmamışdı, sadəcə Abdulla Əfəndizadəyə nəyə görə belə bir Etirazı yazdığına irad tutmuşdu. Abdulla Əfəndizadə tərəfindən ekspertiza aparılması ilə əlaqədar verilən 18 (on səkkiz) sualdan ibarət Vəsatət təmin edilmişdir.

02 sentyabr 2019 il tarixdə Abdulla Əfəndizadə linqivistik ekspertiza haqqında qərarı alsa da, məhkəmənin bütün tərkibinə verdiyi Etirazı ilə əlaqədar məhkəmənin qərarının olmadığını bildirirlər.

Ekspertiza haqqında qərarı oxuduqda belə çıxmış olurdu ki, guya məhkəmənin iclasında Bağırov Davud ona nümayəndə və vəkili olmuş Quliyev Azar iştirak etmişdilər, lakin Abdulla Əfəndizadə guya iştirak etməyib, onun əvvəllər məhkəmə tərəfindən təyin edilmiş vəkil İlqar Qədirov iştirak edib.

Yuxarıda qeyd edildiyi, Abdulla Əfəndizadə tərəfindən 06 avqust 2019 il tarixdə yazılan Ərizəsindən göründüyü kimi o məhkəmənin tərəfindən təyin edilmiş vəkil İlqar Qədirovdan imtina etmişdir. 21 avqust 2019 il tarixdə səhər saat 10:00-a təyin edilmiş məhkəmənin iclasında A.Əfəndizadə bütün məhkəmənin tərkibinə etirazını təqdim edəcəyi ilə əlaqədar məhkəmə iclası 21 avqust 2019 il tarixə saat 16:00-a təxirə salındığına əsasən səhər heç bir məsələ müzakirə olunmayıb. Məhkəmənin təxirə saldığı 21 avqust 2019 il tarixdə saat 16:00 da başlanan məhkəmə iclasında isə nə Bağırov Davud, nə də ona nümayəndə və vəkili olmuş Quliyev Azar iştirak etməmişdirlər.

Ümumiyyətlə bizdə olan məlumata görə Bağırov Davud 17 avqust 2019-cu il tarixində respublikanın ərazisini tərk etmişdir, 2019-cu ilin sentyabr ayının əvvəllərinə qədər Azərbaycan ərazisinə qayıtmamışdır. Belə olan halda Sabunçu r-n məhkəmənin hakimi olmuş Zeynalov M.S.-in necə onun adını çıxarmış olduğu qərarında qeyd etmiş ola bilərdi?!?...

Həmçinin Bağırov Davud məhkəmədə iştirak etmədiyi, onun imza nümunələri götürülmədiyi halda məhkəmənin xətşünaslıq ekspertizası təyin etmiş olması nə qədər real ola bilərdi?!?...

Qəribəsi o idi ki, Bağırov Davud və onun nümayəndə və vəkili olmuş Quliyev Azər Merim Beishekeyevanı (Beyşekeyevanı) əxlaqsızlıqda, yüngül həyat tərzi sürmüş olmaqda, bağırov Davuda guya xəyanət etmiş olmağa görə onu təhqir edəndə, ona böhtan atanda məhkəmələr müxtəlif bəhanə ilə - gah Merim Beishekeyevanın (Beyşekeyevanın) şikayətində imzasını özü qoymadığını, gah Merim Beishekeyevanın (Beyşekeyevanın) atasının adının, iş yerinin, verdiyi şikayətinin harada tərtib olduğunu göstərilmədiyini, bütün bu hallar yerinə yetirildikdə isə Bağırov Davudun və ona nümayəndə və vəkili olmuş Quluyev Azərin hərəkətlərində cinayət tərkibnin olmadığını bəhanə getirmiş olurdular, ancaq Abdulla Əfəndizadə Bağırov Davudun, və ona nümayəndə və vəkili olmuş Quluyev Azərin, Bağırova Cəmilənin, digər vəzifəli şəxslərin hərəkətlərini ifşa edəndə ona min bir bəhanə ilə əsassız olaraq cinayət işi açmağa çalışmışdılar.

Hətta sonuncu dəfə 2017-ci ilin noyabr ayında Bakı Apilyasiya Məhkəməsinin hakimi olmuş Rizvan Səfərov, Quliyev Azərin qardaşı Quluyev Sahib – hansı ki, Bakı Apilyasiya Məhkəməsinin digər hakimi olmuş Sahibxan Mirzəyevin katibi olub, onun xahişinə görə Sahibxan Mirzəyev Rizvan Səfərovdan Quliyev Azərə kömək etmiş olmasını xahiş etmişdi.

Rizvan Səfərov da məhkəmə iclaslarını uzadıb, Abdulla Əfəndizadəni əsassız olaraq kənarlaşdırıb, onun iştirakı olmadan qərarı çıxarmışdı, bu günə qədər çıxarmış olduğu qərarının surətini nə Abdulla Əfəndizadəyə, nə də Merim Beishekeyevaya (Beyşekeyevaya) rəsmən təqdim etməmişdi, ünvanlarına göndərməmişdi, ümumiyətlə hansı qərarı çıxardığı barədə nə özü, nə də katibi məlumat belə verməmişdilər.

Bununla hakim Rizvan Səfərov Merim Beishekeyevanın (Beyşekeyevanın) şikayət vermə hüququnu kobud surətdə pozmuşdu. Ümumiyyətlə əldə etdiyimiz məlumata görə Quliyev Azərin qardaşı olmuş Quluyev Sahib hakim Sahibxan Mirzəyevin ya sədirliyi, ya da yer aldığı məhkəmənin tərkibilə bir çox cinayət işlərində vəkilliyi həyata keçirmişdi, əksər hallarda “bəraət”, azadlıqdan məhrum etmə növünü “azadlığın məhdudlaşdırılması” və ya “şərti” cəzalarla “əvəz etdirmişdi”.

Halbuki Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (AR CPM) 109.1.7. maddəsinə əsasən hakim ittiham və ya müdafiə tərəfindən cinayət prosesinin hər hansı iştirakçısı ilə, habelə belə iştirakçının qanuni nümayəndəsi və ya nümayəndəsi ilə qohumluq, yaxud şəxsi asılılıq münasibətində olduqda öz-özünə etiraz verməlidir, yaxud da məhkəmə tərkibinin digər həkimləri həmin hakimi məhkəmə prosesindən kənarlaşdarmalıdırlar. Lakin göründüyü kimi uzun müddət bu qanunsuzluq davam etmişdi.

Ümumiyyətlə Bağırov Davudun adamları bir çox qanunsuzluqlara qol qoymuş olmuşdular. Onlardan biri də o vaxt ilk olaraq Dubayda gedən Merim Beishekeyevanın (Beyşekeyevanın) eyni predmet və eyni əsaslar üzrə iddiasına uyğun Merim Beishekeyevanın (Beyşekeyevanın) xəbəri və iştirakı olmadan Bağırov davud tərəfindən gizli şəkildə ona qarşı Səbail r-n məhkəməsi (hakim olmuş Bağırov Nurəddinin) vasitəsilə qəyyumluq və himayəçilik orqanlarının xəbəri və iştirakı olmadan məhkəmənin ilk iclasında-28 aprel 2016-cı il tarixində iş №2(009)-1528/2016-cı saylı qətnaməsi ilə Bağırov Davudun vermiş olduğu iddiasını təmin etmişdi, azyaşlı Ceylanın Bağırov Davudun himayəsinə verilmiş olmasını qət etmişdi.

Həmin hakim olmuş Bağırov Nurəddinin hakimlik fəaliyyətinə məhkəmə-hüquq şurası tərəfindən 09 oktyabr 2018 il tarixdə xitam verilməsinə baxmayaraq, çox təəssüflər olsun ki, həmin məhkəmə-hüquq şurası 2018-ci ilin dekabr ayında həmin Bağırov Nurəddini Sabirabad rayonuna hakim göndərmiş olmuşdu?!?.........

Gəzmiş söz-söhbətlərə görə Konstitusiya məhkəməsi tərəfindən Bağırov Davudun şikayətini icraata götürmüş olmasında ədliyyə nazirliyin və məhkəmə-hüquq şurasının rəhbərliyi də “rol” almışdılar. Necə ki, Abdulla Əfəndizadə 11 aprel və 22 aprel 2019 il tarixlərində “Millətinsəsi.info” saytının youtube və facebook sosial şəbəkələrdə Azərbaycanda vəkillik institutunun zəifliyi və vaxtı ilə 2007-ci-2008-ci illərdə məhkəmə instansiyalarında məşhur “Merfi” işi ilə əlaqədar dediklərini “qəbul edə bilməmişdilər”

Hüquqşunas və araşdırmaçı jurnalist Abdulla Əfəndizadə haqq-ədaləti sevdiyindən vəkillər kollegiyasında Fariz Məmmədova və Anar Bağırova, o cümlədən ədliyyə nazirliyinə, məhkəmə-hüquq şurasına “xoş gəlməmişdi”. Hətta Bağırov Davuda nümayəndə və vəkili olmuş Quliyev Azərin vəkil adına yaraşmayan hərəkətləri ilə əlaqədar Abdulla Əfəndizadənin iradları vəkillər kollegiyasının sədri olmuş Bağırov Anarın xoşuna gəlməmişdi.

Bəlkə elə bu səbəblərə görə Abdulla Əfəndizadənin cəzalanmış olması, binəva Merim Beishekeyevanın (Beyşekeyevanın) öz azyaşlı qızı Ceylaya qovuşmasına maneçilik törətmiş olmağa çalışmışdılar ki, Dubay Ali Məhkəməsinin 250/2016 saylı 14 fevral 2017 il tarixli Qərarın Azərbaycan Respublikasının ərazisində tanınmasına və məcburi icrasına yönəlməsinə dair Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən tanınmasına və məcburu iclasına yönəlməsinə “imkan verməmiş olaydılar”, Abdulla Əfəndizadənin vəkillər kollegiyasına daxil olmasına “əngəl törətmiş olaydılar” ki, digərlərə də “dərs olaydı” ?!?...

Axı siz Abdulla Əfəndizadəni haqsız cəzalandırmış olmağa, binəva Merim Beishekeyevanın (Beyşekeyevanın) öz azyaşlı qızı Ceylaya qovuşmasına maneçilik törətmiş olmağa çalışanda nə bu haqsızlığı o Böyük ALLAH götürməz, nə də Abdulla Əfəndizadə, həmçinin Merim Beishekeyeva (Beyşekeyeva), onların qohumları “sakit oturmayacaqlar”, Beynəlxalq miqyasda məsələ gündəmə gələcəkdi. Sonra da deyirsiniz ki, müəyyən şəxslər destabilizasiya ilə məşğul idilər. Məhkəmələr, siz, vəkillər kollegiyası onların işlərinə müdaxilə etməyin ki, onlar da narazılıqlarını bildirməsinlər.

AR vəkillər kollegiyasının 11 saylı hüquq məsləhətxanasının müdiri olmuş Qulyev Azar tərəfindən həmin məsləhətxananın vəkili Süleymanov Familə 07 noyabr 2017-ci il tarixində vermiş olduğu 024008 saylı orderinin surətindən məlum olur ki, 2017-ci ilin dekabr ayında kollegiyanın rəyasət heyətinin üzvü seçilmiş 11 saylı hüquq məsləhətxanasının müdiri olmuş Quluyev Azər bir orderlə iki instansiya - Bakı apellyasiyası və ali məhkəmələrinə iştirakına orderi vermiş olub.

Halbuki məlum olduğu kimi hər instansiyada vəkil orderlə çıxmalıdır. Daha sonra lap əvvəldə qeyd edildiyi kimi Bağırov Davudun tərəfindən verilmiş etibarnamənin müddəti 2018-ci ilin aprel ayında bitdiyi, Quluyev Azərin həm səlahiyəti, həm də vəkil orderi olmadığı, Bağırov Davudla müqavilə bağlamadığı halda respublikanın konustitusiya məhkəmənin plenumunun iclasında iştirak və çıxış etmiş olması, bu barədə vəkillər kollegiyasına dəfələrlə məqalələrimizdə çıxan yazıları, A.H.Əfəndizadənin YouTube, Facebook sosial şəbəkələrdə çıxışlarını göndərsək də vəkillər kollegiyasından Quluyev Azərə qarşı heç bir tədbir görülməmiş, əksinə Abdulla Əfəndizadəyə və Merim Beishekeyevaya (Beyşekeyevaya) qarşı “qisas əməliyyatı” həyata keçirmişdilər.

14 avqust 2019 il tarixində Sabunçu r-n məhkəmənin hakimi olmuş Zeynalov Mirheydər Abdulla Əfəndizadə tərəfindən Bağırov Davuda verilən suallara müdaxilə etmişdi ki, Bağırov Davud özünü ifşa etməsin. Abdulla Əfəndizadə tərəfindən hələ 07 avqust 2019-cu il tarixə saat 10:00-a təyin edilmiş məhkəmə iclasından əvvəl 06 avqust 2019 il tarixdə, 07 avqust 2019 il tarixdə saat 09:15 də, 07 avqust 2019 il tarixdə saat 09:38 də təqdim etdiyi Ərizə və Vəsatətləri, həmçinin 14 avqust 2019-cu il tarixə saat 10:00-a təyin edilmiş məhkəmə iclasından əvvəl saat 09:25 də təqdim etdiyi Vəsatəti (Vəsatət 12 avqust 2019 il tarixdə hazırlanmışdır) məhkəmənin hakimi olmuş Zeynalov M.S.-in nə 07 avqust, nə də 14 avqust 2019-cu il tarixlərdə keçirilmiş məhkəmənin iclasında qəsdən müzakirəyə çıxarmamışdır (həmin Ərizə və Vəsatətlərin surətlərini Abdulla Əfəndizadə məhkəmənin iclası başlayanda da təqdim etmişdir). Yalnız Bağırov Davudun imzasıyla əlaqədar 07 avqust 2019-cu il tarixində keçirilmiş məhkəmənin iclasında bildirmişdir ki, Bağırov Davudun imzasını ekspertizaya göndərəcək.

14 avqust 2019-cu il tarixində keçirilmiş məhkəmənin iclasında Abdulla Əfəndizadəyə təzyiq etmiş olaraq Merim Beishekeyevanın (Beyşekeyevanın) hüquqlarını müdafiə etməməsini, onun işini yarımçıq qoymuş olmasını tələb etmişdilər. Baxmayaraq ki, hələ 1 ay bundan əvvəl Bağırov Davudgilin adamları Abdulla Əfəndizadə ilə Amerika Birləşmiş Ştatlarının vətəndaşı azyaşlı Ceylanın anası Merim Beishekeyeva (Beyşekeyeva) ilə hər həftə 72 (yetmiş iki) saat ərzində görüşməsinə, Merim Beishekeyevanın (Beyşekeyevanın) Azərbaycana hər həftə gedib-gəlməsi, hər həftə 3 (üç) gün ərzində mehmanxanada qalması üçün Bağırov Davudun tərəfindən pulların ödəniləcəyi, yaxın vaxtlarda bu barədə müqavilənin bağlanacağı haqqında razılığa gəlirdilər. Görünür həqiqətən də onların arxasında böyük adamlar “dayanmışdılar”.

Merim Beishekeyevanın (Beyşekeyevanın) nümayəndəsi Abdulla Əfəndizadəyə Bağırov Davud 16 avqust 2019-cu il tarixində məhkəmənın iclasından sonra hədə-qorxu gəlmiş olaraq açıq şəkildə bildirmiş olmuşdu ki, Merim Beishekeyevaya (Beyşekeyevaya) qarşı “valideyinlik hüququndan məhrum edilmiş olmağa” iddiasına görə baxmayaraq ki, səs yazılarını qanunsuz yollardan əldə etmiş olub, bununla belə ekspertizaya göndərib, həmin səslərin Merim Beishekeyevaya (Beyşekeyevaya) aid olduğuna dair rəyini almış olduqdan sonra onu həm valideynlik hüququndan mərhum etdirmiş olmağa, həm də onu biabır etməyə çalışacaqdı.

Bağırov Davudun “nəzərdə tutmuş olduğu səs yazısı” çox üzr istəyirik Bağırov Davudun onun qonşuluğuna göndərmiş olduğu, əslində isə əxlaqsız qadın olan (Dubay Ali Məhkəməsinin Qərarında həmin hallar öz əksini tapıblar) Jeksenbayeva Zarina ilə Merim Beishekeyeva (Beyşekeyeva) arasında olmuş söhbət idi. Həmin səs yazısına Bağırov Davud müdaxilələr etmiş olaraq ona sərf etməyən sözləri çıxarmışdı.

Məsələn, orada bir məqam var ki, Jeksenbayeva Zarina Merim Beishekeyevanı (Beyşekeyevanı) dilə tutaraq onun gənc olduğunu, imkansız olduğunu bildirmiş olub, pis yola getməsini təklif edir. Daha sonra 2 qadın arasında intim söhbətlər getdikdə Merim Beishekeyeva (Beyşekeyeva) Asel Mamirova adlı əxlaqsız qadının Londonda çıxdığı oyunları barədə danışarkən, Bağırov Davud Mamirova Aselin adı çəkilən hissəni silmiş, nəticədə belə bir rəy yaranmışdı ki, guya həmin intim oyunları Merim Beishekeyeva (Beyşekeyeva) Londonda çıxarmışdı.

Halbuki Merim Beishekeyeva (Beyşekeyeva) Londonda cəmi bir dəfə, özü də ki, Bağırov Davudla birlikdə 13 iyun 2012 il tarixdən 09 iyul 2012 il tarixinədək olmuşdurlar. Həmin vaxt Merim Beishekeyeva (Beyşekeyeva) 6 (altı) aylıq hamiləlik dövrünü yaşayıb. Məhz Merim Beishekeyevanın (Beyşekeyevanın) vəziyyəti pis olduğundan Bağırov Davud onu müalicə etmək üçün ora aparmışdı.

Məlum olduğu kimi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (AR MPM) 76 maddəsi sübutların təqdim edilməsi qaydasını nəzərdə tutur.


AR MPM 76.1. maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

AR MPM 76.3. maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.

AR Konstitusiyasının 32 maddəsində şəxsi toxunulmazlıq hüququnun müdafiəsinə dair söhbət açılır.

Həmin maddənin I hissəsinə əsasən hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır.
Həmin maddənin II hissəsinə əsasən hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır.

Həmin maddənin III hissəsinə əsasən öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.

Həmin maddənin IV hissəsinə əsasən hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər.

Həmin maddənin VIII hissəsinə əsasən fərdi məlumatların dairəsi, habelə onların emalı, toplanması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri qanunla müəyyən edilir.

Göründüyü kimi ilkin iddia üzrə iddiaçı olmuş, Qarşılıqlı İddia üzrə cavabdeh olan Bağırov Davud Zöhrab oğlnun vermiş olduğu iddiasında yuxarıda qeyd etdiyim kimi Merim Beishekeyevanın (Beyşekeyevanın) “rəfiqəsi kimi” qələmə verilmiş şəxsin adı, soyadı qeyd edilməyib, lakin Merim Beishekeyevanın (Beyşekeyevanın) bildirdiyi kimi həmin qadın Zarina Jeksenbayevadır, Bağırov Davud həmin səs yazısının hansı yolla əldə etmiş olduğunu qeyd etmədiyindən, Dubay Ali Məhkəməsinin 250/2016 saylı 14 fevral 2017 il tarixdə çıxan Qərarda Zarina Jeksenbayevanın, Qırğızıstan vətəndaşı Mamırova Aselin adları, soyadları Bağırov Davud tərəfindən Dubay Əmirliyinin birinci instansiya məhkəməsində yalançı şahidlər kimi çağırılmış olduqları, onların Bağırov Davudla əlaqələri olduğu, Merim Beishekeyeva (Beyşekeyeva) ilə düşmən münasibətlərində olduqları Dubay Əmirliyinin Apellyasiya İnstansiyasının Məhkəməsinin Qətnaməsində öz əksini tapdıqlarından Bağırov Davudun tərəfindən verilmiş həmin vəsatətin təmin edilmiş olmasında əsas yoxdur, Nə isə...

“MillətinSəsi.İnfo” saytı və digər KİV-lərini həmkarımız Abdulla Əfəndizadənin heç bir əsas olmadan, qisas məqsədi ilə cəzalandırmış olmağa bir çox təşkilatların, dövlət orqanların, çox təəssüflər olsun ki, eyni zamanda ədliyyə nazirliyindən və məhkəmə-hüquq şurasından da istifadə etməyi özlərinə rəva bilmiş olmaqları narahat edirdi.

Diqqətə çatdırmaq istəyirəm ki, Abdulla Əfəndizadə hüquqşunas olmaqla yanaşı 15 fevral 2019 il tarixdən “MillətinSəsi.İnfo” saytının araşdırmaçı jurnalisti-müxbir kimi fəaliyyət göstərir. İşlədiyi vaxt ərzində yüzlərlə imkansızlara pulsuz hüquqi yardım göstərməklə, onlar üçün lazım gələndə iddia və digər şikayət ərizələrini də öz hesabına hazırlayaraq təqdim etmişdir.

Merim Beishekeyeva (Beyşekeyeva) Səbail r-n qeydiyyat şöbəsinə (rəisi konuntitusiya məhkəmənin sədiri olmuş Fəryad Abdullayevin arvadı İradə İsgəndərova idi), üçüncü şəxslər: Bağırov Davuda və Bağırova Cəmiləyə qarşı azyaşlı Ceylaya verilmiş saxta “doğum şəhadətnaməsinin etibarsız sayılmasına və s.”

İddiası əsasında inzibati iş üzrə məhkəmələrin qanunsuz qərarları Ali Məhkəmə tərəfindən dəfələrlə ləğv olunub, apellyasiya instansiya məhkəmələrinə qaytarılsa da, apellyasiya məhkəməsi (sədrlik etmiş Yusifov C.A.-in, hakimlər: Nuryeva A.B.-in və Ağyev V.M.-in tərkibində) 02 may 2019-cu il tarıxındə növbəti dəfə qanunsuzluq edib bu dəfə iddianın mümkünsüz sayılmış olması barədə qərarı çıxarmış olmuşdular.

Bu günə qədər həmin qərarının nüsxəsi nə A.Əfəndizadəyə, nə də Merim Beishekeyevaya (Beyşekeyevaya) təqdim edilməmişdi, ünvanlarına göndərilməmişdi. Apellyasiya məhkəmənin dediyinə görə bir dəfə Abdulla Əfəndizadənin ünvanına göndəriblər, lakin evdə heç kəs olmadığından poçt onlara qaytarmışdır.

Hətta Bağırov Davudgil arxayn olmuşdular ki, Merim Beishekeyeva (Beyşekeyeva) tərəfindən Kassasiya Şikayətinin verildiyi halda məhkəmə-hüquq şurasının göstərişi zamanı ali məhkəmənin tərəfindən rədd ediləcəkdi.

Yeri gəlmişkən Abdulla Əfəndizadə məlumat aldığından ki, “qəyyum” sözü ərəb dilində bir neçə məna, o cümlədən himayə, yanında saxlama və s. kimi başa düşülür, o aidiyyatı dövlət orqanına müraciət edərək, görkəmli ərəbşunas alimin verdiyi müfəssəl rəyi almışdır.

Belə ki, ərəb dilində “حضانَة” (hıdana) sözü Azərbaycan dilində “süd vermə”, “dolandırma”, “himayə etmə”, “tərbiyə etmə”, “qəyyum olma” mənalarını verir. Həmin rəydə qeyd edilmişdir ki, Dubay Ali Məhkəməsinin 250/2016 saylı 14 fevral 2017 il tarixli Qərarın tərcüməsindən belə anlaşılır ki, azyaşlı Ceyla anası Merim Beyşekeyevanın “himayə”sinə yox, “qəyyumluğu”na verilir və pulların ödənilməsi “uşağın himayəsinə” görə yox, “qəyyumluğa” görə olur.

Yəni “حضانَة” (hıdana) sözü tərcümədə lazım olan mənada yox, başqa mənada anlaşılıb. Həmin tərcüməyə görə, Merim Beyşekeyeva azyaşlı Ceylanın doğma anası olduğu halda, o, azyaşlı Ceylanı himayə edən kimi yox, “qəyyumu” kimi qeyd edilib.

Beləliklə, göstərilən qərar Azərbaycan dilinə belə:
٢– إثبات حضانتها للصغيرة جيلا مواليد ٢/١١/٢٠١٢

2 - Onun [Merim Beyşekeyevanın] 2/11/2012 təvəllüdlü kiçik Ceylanı himayə etməsinin təsdiqi kimi tərcümə edilməli olduğu göstərilmişdir.

Həmin rəydə qeyd edilmişdir ki, Ümumiyyətlə, bu qərarın Azərbaycan dilinə tərcüməsində “qəyyumluq altında” olan söz “himayə altında olan” kimi, pulların ödənilməsi isə “qəyyumluğa” görə yox, “himayə edilməyə” görə başa düşülməlidir.
Dubay Ali Məhkəməsinin 250/2016 saylı 14 fevral 2017 il tarixli Qərarın Azərbaycan Respublikasının ərazisində tanınmasına və məcburi icrasına yönəlməsinə dair Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Aslan Kalbalıyevin sədrliyi ilə 24 sentyabr 2019 il tarixdə saat 11:30 da baxılacaqdır.

Yeri gəlmişkən Ali Məhkəmənin hakimi Aslan Kalbalıyevin sədrliyi ilə 2019 ilin iyun-iyul aylarında Azərbaycan vətəndaşı Muradov Nihad Fuad oğlunun Gürcüstan vətəndaşı, milliyyətcə gürcü olan Nato Gegetchoriyə qarşı “nikahın pozulmasına, azyaşlı uşağın himayədə qalmasına” dair iddia tələbi ilə əlaqədar I və apellyasiya instansiya məhkəmələrinin qətnamələri qüvvədə saxlanılmışdır.

Həmin iddiada onların birgə nigahından 12 oktyabr 2014 il tarixdə Azərbaycanda anadan olan, Azərbaycan vətəndaşı olan, bu haqda ona AZE 12571196 № li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verildiyi azyaşlı Muradova Sabina Nihad qızının taleyi ilə əlaqədar mübahisə getmişdir. Yasamal rayon məhkəməsinin iş №2(004)-3251/2018 saylı 18 sentyabr 2018 il tarixli qətnaməsinə (hakim Ayaz Məmmədov), Bakı Apellyasiya Məhkəməsinin (sədrlik edən, hakim V.T.Həsənov, hakimlər: Ş.A.Məmmədova və N.Ş.Cəfərov tərkibdə) iş №2(103)-985/2019 saylı 14 yanvar 2019 il tarixli qətnaməsinə diqqət yetirdikdə qeyd edilir ki, uşağın yaşı və daha çox ana nəvazişinə və qayğısına ehtiyacı olması nəzərə alınmalıdır.

Uşağın qız xeylağı olması isə daha aşkar olaraq onun yaşayış yerinin ananın yanında müəyyən edilməsini şərtləndirən amildir. Hazırkı vaxtı uşağın yaş dövrü nəzərə alındıqda onun fikiri əsas götürülməklə anadan ayrılması üçün əsas kimi qəbul oluna bilməz. Çünki onun yaşı aydın olaraq müəyyən edir ki, o, fikirlərini tam və özünün həqiqi mənafeyinə uyğun ifadə etməsi mümkünsüzdür. Bu baxmından onun ananın yanında qalması onun mənafeyinə daha çox uyğun hesab edilməlidir.

Baxmayaraq ki, uşağın anası gürcü Nato Gegetchorinin ailəsi əslində əxlaqa xas olmayan hərəkətlərlə məşğul olublar. Respublikanın ailə, qadın və uşaq problemlər üzrə dövlət komitənin sədri Hüseynova Hicranın 1-859/18-ci saylı 31 iyul 2018-ci il tarixində vermiş olduğu rəyinə diqqət yetirdikdə açıq-aşkar uşağın anasına verilməsi tərəfdarı olduğunu gizlətmir.

Lakin sonda qeyd edir ki, məsələnin həllini məhkəmənin mülahizəsinə buraxır. Fikir verin! Merim Beishekeyeva (Beyşekeyeva) tərəfindən iddia Dubayda 14 iyul 2015 il tarixdə, uşaqla ünsiyyət hüququ üçün Azərbaycanda 08 fevral 2017 il tarixdə verilməsinə, respublikanın ailə, qadın və uşaq problemlər üzrə dövlət komitənin sədri olmuş hüseynova hicrandan 07 fevral 2017 il tarixdən başlayaraq 2019 ilin may ayına qədər dəfələrlə köməklik etməsini xahiş edilsə də, Hüseynova Hicran özünün keçmiş tələbəsi, komitədə vasitəsilə iş görmüş olduğu, komitənin uşaq problemlər şöbəsinin müdiri olmuş, Bağırov Davudun bacısı Bağırova Cəmilənin “xətrinə dəymək” istəməmiş olduğundan qəsdən baş vermiş qanunsuzluqlara məhəl qoymamışdı, əksinə daha da Merim Beishekeyevanın (Beyşekeyevanın) vəziyyətinin pisləşmiş olması üçün müxtəlif orqanlara tapşırıqların vermişdi.

Görəsən Azərbaycan Respublikasının Ali Məhkəməsinin hakimi Aslan Kalbalıyev gürcü qızı Nato Gegetchoriyə kömək etdiyi kimi, qanında türk qanı axan (tatar, qazax və qırğız millətlərini təmsil edir) Merim Beishekeyevanın (Beyşekeyevanın) da qanuni və əsaslı olan Ərizə və Vəsatətinin təmin edilməsinə dair Qərardadını çıxarmasına tərəddüd etməyəcəkdir!

Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikasmm Qanununun 6-cı maddəsindən görünür ki, uşaqlar valideynlərinin hərəkətlərinə görə məsuliyyət daşımır və valideynləri ilə bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasma yol verilmir.

BMT-nin 20 noyabr 1989 il tarixli «Uşaq Hüquqları Haqqında Konvensiya»sının 9-cu maddəsinin I bəndinin mənasından görünür ki, uşağın ən yaxşı mənafeyi üçün valideynlər bir-birindən ayrı yaşadıqda, uşağın yaşayış yeri barədə qərar qəbul edilməli olduqda və ya digər konkret halda, uşağın valideynlərinin birindən və ya hər ikisindən ayrı düşməsi barədə məhkəmə qərar qəbul edə bilər.

"Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının 19 may 1998 il tarixli Qanununun 18 maddəsinə əsasən valideynlərinin hər ikisindən və ya birindən ayn yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır. Usaq Hüquqları Konvensiyasının 9-cu maddəsinə görə, uşaq öz valideynləri ilə yaşamaq hüququna malikdir. Bir şərtlə ki, bu, uşağın ən yaxşı mənafelərinə zidd olmasın. Uşaq valideynlərindən biri ilə və ya hər ikisi ilə ayrıldıqda onların hər ikisi ilə əlaqə saxlamaq huququna malikdir.

İnanmaq istərdik ki, ədliyyə naziri və məhkəmə-hüquq şurasının sədri Məmmədov Fikrət, Ələsgərov Fuad və digər yüksək məsul vəzifəli şəxslər bu işlərə müdaxilə etməyib, əksinə ciddi nəzarətlərə götürüb, qanunsuz hərəkət etmiş hakimlərin məsələsini məhkəmə-hüquq şurasında qaldırmaqla onların ciddi şəkildə cəzalanmalarını təmin edəcəkdirlər. Eyni zamanda AR Ali Məhkəməsinə qanuni şəkildə baxılmasına tövsiyələri veriləcəkdir.

Azərbaycan Respublikasının Ali Məhkəməsinin hörmətli sədri Ramiz Rzayev bir daha bu işə ciddi yanaşıb, hər hansı bir vəzifəli şəxslərin və yaxud Bağırov Davudun himayədarlarının göstərişlərinə, xahişlərinə məhəl qoymayıb, Ali Məhkəmə tərəfindən növbəti dəfə də qanuni, hüquqi, obyektiv, düzgün, ədalətli Qərarın çıxarılması üçün tövsiyəsini verəcək. Nəticədə haqq-ədalət öz yerini tutacaq, Merim Beishekeyeva (Beyşekeyeva) uzun müddət görə, ünsiyyət qura bilmədiyi azyaşlı qızı Ceylaya qovuşacaqdır (01 oktyabr 2019-cu il tarixində 4 il tamam olacaqdır ki, Ceyla ilə görüşə bilməmişdi).

Qəyyumluğa görə güclü mütəxəssisin verdiyi rəyindən sonra respublikanın konustitusiya məhkəmənin sədri olmuş Fərhad Abdullayevin, həmin məhkəmənin digər hakimlərinin hər hansı bir bəhanəylə Ali Məhkəmə tərəfindən Merim Beishekeyevanın (Beyşekeyevanın) Vəsatətinin təmin edilən Qərardadını qüvvəsini itirmiş kimi qərarı çıxarmış olmağa, həmçinin Bağırov Davudgilin himayədarlarının da müdaxiləni həyata keçirmiş olmağa heç bir imkan və bəhanələri olmayacaqdır. Necə ki, yuxarıda qeyd edildiyi kimi Dubay Ali Məhkəməsinin 250/2016 saylı 14 fevral 2017 il tarixli Qərarın tərcüməsində pulların ödənilməsi qəyyumluğa görə yox, uşağın (yəni azyaşlı Ceylanın) anasının (yəni Merim Beishekeyevanın (Beyşekeyevanın)) himayəsində qaldığı üçün ödənilməsini həyata keçirir.

Yeri gəlmişkən hətta tərcümədə çox cüzi yanlışlıq olmasaydı da belə məlum olduğu kimi ana və yaxud ata qəyyum ola bilməz. Qəyyum o halda təyin olunur ki, valideynlərin ya hər ikisi də ölmüş, yaxud da valideynlik hüquqlarından məhrum edilmiş olsunlar. Məlum olduğu kimi nə Merim Beishekeyeva (Beyşekeyeva) valideynlik hüququndan məhrum edilməmişdir, nə də Bağırov Davud valideynlik hüququndan məhrum edilməmişdi. 

Redaksiyadan: Dövlət Satınalmaları Reyestrinin məlumatına əsasən, sentyabrın 2-də Hicran Hüseynovanın rəhbərlik etdiyi komitə dörd şirkətlə ümumilikdə 833,6 min manatlıq (490 min dollar) on müqavilə bağlayıb.

Bu müqavilələrdən dördü açıq tenderin nəticələrinə görə “MADERIN-AA” MMC-ə (VÖEN: 7100345951) verilib. Bu müqavilələrin ümumi dəyəri 322,2 min manatdır ($189,5 min).
Bu ilin mart ayında Sumqayıt Apelyasiya Məhkəməsi bank əməliyyatları vasitəsilə ölkədən 629 697 dolların çıxarılması ilə bağlı inzibati xəta barədə protokolların tərtibatı faktına dair “MADERIN-AA” MMC-nin şikayətinin təmin edilməməsi ilə bağlı yekun qərar çıxarıb. Bu faktlar üzrə Maliyyə Bazarlarına Nəzarət Palatası “MADERIN-AA” MMC-ə qarşı çıxarılan vəsaitlərin 20% qədərində inzibati cərimə tətbiq etmişdi.
“MADERIN-AA” şirkəti 2017-ci ilin noyabrın 20-də Siyəzən şəhərində təsis edilib. Şirkətin direktoru Zaur Nəsrəddin oğlu Əliyevdir. O, həmin tarixdə təsis edilmiş daha dörd şirkətə (“Aypeks-TT” MMC, “Dalğa-LM” MMC, “Anako-Ltd” MMC, “ANTIK İNŞAAT” MMC) rəhbərlik edir.
Əlavə edək ki, qanunla xaricə çıxarılan vəsaitə nəzərdə tutulan müddətdə hər hansı mal alınaraq, ölkəyə idxal olunmadıqda, bununla bağlı sanksiya tətbiq olunur. Bununla da ölkədən külli miqdarda vəsaitin qanunsuz yolla çıxarılmasının qarşısının alınması məqsədi güdülür. (Turan.İA)

Görəsən bütün bunlardan sonra Hicran Hüseynova nəhayət istefa verəcəkmi? Yoxsa bu vəzifəsi azlıq etdiyindən respublikanın ombudsmanı vəzifəsinə yiyələnmək, öz yerinə isə Bağırova Cəmilənin təyin edilmiş olmasını istəmişdi?!?

Anons: Növbəti günlərdə Davud Bağırovun çoxsaylı maliyyə sənədləri çap olunacaqdır. Həmin məqalə və sənədlər eyni zamanda AR Dövlət Təhlükəsizliyi Xidmətinə, AR Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə, Xarici Səfirliklərə və s. yerlərə göndəriləcəkdir. İnanırıq ki, aidiyyatı orqanlar bu işlərlə ciddi məşğul olacaqdırlar, cinayətkarlar ciddi cəzalanacaqdırlar.

Millətinsəsi.info-nun Araşdırma Qrupu