Azərbaycanlılar Mariy Eldə muxtariyyət qurdu

15:18 17-09-2019 374

Rusiya Federasiyasının Mariy El Respublikasında azərbaycanlılar regional milli-mədəni muxtariyyət qurublar.

Bununla bağlı HerGun.Az Rusiya mətbuatına istinadən məlumat yayıb.

Yoşkar-Ola şəhərində keçirilən təsis konfransına Moskvadan Rusiya Azərbaycanlıları Federal Milli Mədəni Muxtariyyətinin Prezidenti Mehriban Sadıqovanın başçılıq etdiyi nümayəndə heyəti qatılıb. 

Regional milli-mədəni muxtariyyət Mariy El ilə Azərbaycan arasındakı iş və dostluq münasibətlərini gücləndirmək, eyni zamanda, iki ölkə universitetləri arasında tələbə mübadiləsini asanlaşdırmaq məqsədilə işlər görəcək.