Lənkəranda ağır qəza: keçmiş polis işçisi öldü - FOTO

17:09 17-09-2019 424

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Lənkəran-Boradigah yolunun Vilvan kəndi ərazisində qeydə alınıb. 

Astara rayonunun Maşğan kənd sakini, 30 yaşlı Rauf Əliyevin idarə etdiyi “Mercedes” markalı, 07 BX 184 dövlət nömrə nişanlı yük maşını Lənkəran rayonunun Osakücə kənd sakini, 66 yaşlı Şəmsəddin Babayevin idarə etdiyi “Vaz 2107” markalı, 07 BD 757 dövlət nömrə nişanlı maşınla toqquşub.

Toqquşmadan sonra idarəetməni itirərək işıq dirəyinə çırpılan “Vaz 2107”nin sürücüsü Ş.Babayev hadisə yerində ölüb. 

Kənd sakinlərinin köməyilə sürücünün meyiti deformasiyaya uğramış avtomobilin içərisindən çıxarılıb və ailəsinə təhvil verilib.

Qeyd edək ki, qəza zamanı həlak olan Ş.Babayev təqaüddə olan polis əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır. 

Rövşən Mövlan