Şirvanda qəza: bir ailə xəstəxanalıq oldu

18:00 17-09-2019 409

Şirvanda yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hərəkətdə olan “VAZ 2107” markalı avtomobil idarəetməni itirərək beton maneəyə çırpılıb. 

Hadisə zamanı, şəhər sakinləri - 1978-ci il təvəllüdlü Cavadov Abuzər Kamal oğlu, onun oğlu 2008-ci il təvəllüdlü Məhəmməd Cavadov, 2003-cü il təvəllüdlü Musa Cavadov və yaxın qohumu, 2001-ci il təvəllüdlü Süleymanov İsmayıl Cavad oğlu müxtəlif xəsarətlər alıb. 

A.Cavadovun vəziyyəti ağır olduğundan Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya, digər üç nəfər isə travmatologiya şöbəsinə yerləşdirilirb. 

Faktla bağlı araşdırma aparılır.