İmişlidə iki maşın toqquşdu: xəsarət alan var

22:18 17-09-2019 486

Bu gün İmişlidə iki maşının toqquşub, nəticədə sürücülərdən biri xəsarət  alıb.

HerGun.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə axşam saatlarında rayonun Çaxırlı kəndində qeydə alınıb. Kənd sakini, 1972-ci il təvəllüdlü Rəhimov Mirdamət Seyidəhməd oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən “Qazel” markalı avtomobillə toqquşub. Müxtəlif dərəcəli xəsarətlər alan “VAZ-2107”-nin sürücüsü İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
 
Faktla bağlı araşdırma aparılır.