Sabirabadda yaşlı kişinin meyiti evindən tapıldı

22:27 17-09-2019 529

 

Sabirabadda yaşlı kişinin meyiti evindən tapılıb.

HerGun.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, Sabirabad şəhərindəki Məmməd Xəlilov küçəsində yaşayan 1945-ci il təvəllüdlü Gözəlov Eldar Mənsim oğlunun meyiti evində aşkar edilib. 

Onun bir gün əvvəl dünyasını dəyişdiyi bildirilir. 

İlkin məlumata görə, üzərində hər hansı bir zorakılıq əlaməti olmayıb.

Faktla bağlı araşdırma aparılır.