Bərdə Ağdam və Tərtər rayonlarında güclü külək işıqları söndürdü

23:27 17-09-2019 951

Şiddətli külək bir neçə rayonda rayonunda fasadlar törədib.

HerGun.Az-ın Qarabağ üzrə bölgə müxbiri xəbər verir ki, axşam saatlarından əsməyə başlayan güclü külək əsasən elektrik təsərrüfatına ziyan vurub. Bərdə Tərtər və Ağdam rayonlarında axşam saatlarından şəhər də daxil olmaqla, rayonların bir neçə yaşayış məntəqəsində elektrik enerjisinin nəqlində fasilələr yaranıb.

Aidiyyəti qurumlardan bildiriblər ki, enerji təminatında yaranan fasilələr güclü külək nəticəsində naqillərdə baş verən problemlə əlaqədardır. Artıq təmir işləri aparılır. Yaxın saatlarda əhalinin enerji ilə təminatında yaranmış problem aradan qaldırılacaq.