Bərdə yolu keçmək istəyən 79 yaşlı kişini maşın vurub - FOTO

23:45 17-09-2019 1175

Bərdə rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az-ın bölgə müxbirinin veridiyi xəbərə görə, "Lada 2105" markalı minik avtomobili yolu keçmək istəyən 79 yaşlı Cəfər Salmanovu vurub.

Yaralı  Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta-ağır olduğu bildirirlər.

Faktla bağlı rayon polis şöbəsinin istintaq bölməsində araşdırma aparılır.