Bakıda avtomobil 43 yaşlı qadını vurub

00:45 18-09-2019 1168

Pirallahı rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az xəbər verir ki, minik avtomobili 1976-cı il təvəllüdlü Nəsibova Səbinə Rastislavovnanı vurub. Yaralı ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına çatdırılıb.

S.Nəsibovaya baldır sümüklərinin sınığı, qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli
Elşad Mətləboğlu