Goranboyda qəza oldu: xəsarət alan var

01:00 18-09-2019 337

Baki-Qazax yolunda yol qəzası olub.

HerGun.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə Goranboy rayonunun Borsunlu kəndindən keçən hissəsində baş verib. TIR yük maşını ilə "QAZel" toqquşub. 

Qəza nəticəsində "QAZel"in sürücüsü Namiq Ağayev xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.