Ermənistan hökuməti böhranda - Daha bir güc strukturunun rəhbəri istefa verdi

09:54 18-09-2019 686

Ermənistan Polisinin rəisi Valeri Osipyan istefa ərizəsini təqdim edib.

Ermənistan mətbuatının məlumatına görə, V.Osipyanın istefasının bu gün elan ediləcəyi gözlənilir.

Bildirilir ki, Baş nazir Nikol Paşinyanın sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasından sonra V.Osipyan istefa ərizəsini yazıb.

Qeyd edək ki, sentyabrın 16-da Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyan da istefa verib.

Aqşin Kərimov