“Azərişıq”da yeni - TƏYİNAT

10:27 18-09-2019 1360

Bərdə rayon Elektrik Şəbəkəsinə yeni rəis təyin edilib. 

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, “Azərişıq” ASC-nin Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin Bərdə rayon Elektrik Şəbəkəsinin rəisi vəzifəsinə Vidadi Babayev gətirilib. 

Bu barədə ASC-nin sədri Balababa Rzayev müvafiq əmr imzalayıb. 

Qeyd edək ki, Bərdə rayon Elektrik Şəbəkəsinin rəisi indiki təyinata qədər Fərid Daşdəmirli olub.