“Azərişıq” ASC-yə məxsus maşın aşıb: ölənlər və yaralılar var

12:54 18-09-2019 1015

Qubada “Azərişıq” ASC-yə məxsus maşın aşıb.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Söhüb kəndində qeydə alınıb.

Hadisə nəticəsində iki nəfər ölüb, ikisi isə xəsarət alıb. Yaralılar Quba rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

Məsələ ilə bağlı HerGun.Az-a açıqlama verən “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “Azərişıq” ASC-yə məxsus avtomobil yoldan çıxaraq aşdığını təsdiqləyib:

“Hadisə nəticəsində qurumun iki əməkdaşı ağır xəsarətlər alıb. Məlum hadisə ilə bağlı məsələ rəhbərliyin nəzarətindədir. Hadisənin səbəblərinin araşdırılması üçün rəhbərlik Qubadadır”.

Faktla bağlı araşdırma aparılır.