80 yaşlı qadının pensiyasını oğurlayan şəxs tutuldu - FOTO

15:27 26-06-2019 666

Astarada 80 yaşlı qadının pulunu və pensiya kartını oğurlayan şəxs saxlanılıb.

HerGun.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Seləkəran kənd sakini S.Ələskərova rayon Polis şöbəsinə müraciət edərək, Astara şəhəri ərazisindəki bankomatdan təqaüdünü çıxardıqdan sonra içərisində 187 manat pul və pensiya kartı olan pulqabının oğurlandığını bildirib.

Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində pulqabını oğurlayan şəxsin rayonun Ərçivan qəsəbə sakini Fariz Baxşiyev olduğu müəyyən edilib. Məlum olub ki, F.Baxşiyev S.Ələskərovanın təqaüdünü aldığını görərək onu izləyib və qadın dayanacaqda olarkən yanına qoyduğu pulqabını oğurlayıb.

Hazırda F.Baxşiyevin digər bu kimi əməllərinin olub-olmadığı araşdırılır.

Rövşən Əzimov