Stadnik dünya çempionu oldu

16:45 18-09-2019 489

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik 50 kq çəki dərəcəsində dünya çempionu olub. 

HerGun.Az xəbər verir ki, o, həlledici görüşdə rumıniyalı Emiliya Alina Vuçu ilə görüşüb. 

İlk hissəni 5:0 hesabı ilə irəlidə bitirən M.Stadnik yekunda rəqibini 13:0 hesabı ilə məğlub edib. 

Bununla da M.Stadnik ikinci dəfə dünya çempionu tituluna yiyələnib.

Qeyd edək ki, yeddiqat Avropa çempionu olan Stadnik dünya çempionatında ilk dəfə 2009-cu ildə qızıl medal qazanmışdı.