Qubadakı dəhşətli qəzanın görüntüləri yayıldı - VİDEO

17:36 18-09-2019 530

Qubada iki nəfərin ölümü, iki nəfərin isə ağır yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin baş verdiyi yerdən görüntülər yayılıb. 

HerGun.Az-ın bölgə müxbirinin əldə etdiyi görüntülərdə “Azərişıq” ASC-nin işçilərini daşıyan “UAZ” markalı avtomobil Qubanın Söhüb kəndində dərəyə yuvarlandığı əksini tapıb.

Hadisə zamanı avtomobil tamamilə yararsız vəziyyətə düşüb. Qəza nəticəsində Sumqayıt sakinləri - 1958-ci il təvəllüdlü Zahid Qurbanov və 1991-ci il təvəllüdlü Namiq Rüstəmov ölüb, 1992-ci il təvəllüdlü Abdullayev Saleh Abuzər oğlu və 1984-cü il təvəllüdlü Rəsulov İlkin Mahir oğlu ağır xəsarət alıb.