Binədə 17 yaşlı gəncin kürəyini yerqazan aparat kəsdi

01:00 19-09-2019 432

Xəzər rayonunda gənc ehtiyatsızlıqdan xəsarət alıb.

HerGun.Az xəbər verir ki, Binə qəsəbəsi, Südçülük sovxozunda 2002-ci il təvəllüdlü Təhməzov Əlikram Zamin oğlu yaşadığı evin həyətində işləyən zaman ehtiyatsızlıqdan xəsarət alıb.

İlkin məlumata görə o, tikintidə yer qazmaq üçün istifadə olunan “prefarator” aparatından istifadə edən zaman yaralanıb.

Ə.Təhməzov xəstəxanaya yerləşdirilib. Ona kürək nahiyəsinin kəsilmiş yarası diaqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisənin təfərrüatı Xəzər Rayon Polis İdarəsində araşdırılır.

Kamil Əmirli

Elşad Mətləboğlu