Bolqarıstan Türkiyə və Serbiyanı boru kəməri ilə birləşdirəcək

07:00 19-09-2019 610

“Bulqartransqaz” “Arkad Engineering” ilə 1,1 milyard avroluq müqavilə imzalayıb.

RİA Novosti” xəbər verir ki, müqaviləyə əsasən Türkiyədən Serbiyaya qaz boru kəməri çəkiləcək.

“Balkan axını” adlı kəmərin uzunluğu 474 kilometr olacaq, borunun diametri isə 1,2 metr təşkil edəcək.

615 günə tikiləcək kəmər “Türk axını” layihəsi ilə nəql olunan Rusiya qazını cənub-şərqi Avropa ölkələrinə çatdıracaq.