Erməni əsgər güllə yarasından öldü

16:27 26-06-2019 648

Ermənistan ordusunun hərbçisi Ayk Alaverdyan həlak olub.

Sputnik Ermənistan” xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovannisyan “Facebook” səhifəsində məlumat verib.

Onun sözlərinə görə, əsgərin hansı səbəbdən öldüyü araşdırılır.

Ermənistan mətbuatının məlumatına görə, insident Armavir regionunda baş verib. Ölümcül güllə yarası alan vətəndaş Armavir tibb mərkəzinə çatdırılıb. Belə ki, Razdanın 19 yaşlı sakini A.Alaverdyan çənəsindən yaralanıb. Onun hərbi poliqondan gətirildiyi bildirilir.