Neftçalada 35 yaşlı kişi bıçaqlandı

23:00 19-09-2019 1080

Neftçalada bıçaqlanma hadisəsi olub.

HerGun.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, bıçaq xəsarətləri alımış Ağcabədi rayon sakini, 1984-cü il təvəllüdlü Səfərov Orxan Cəlal oğlu Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Deyilənlərə görə, o, rayonda kirayədə yaşayırmış. 

Ona xəsarət yetirən şəxsin kimliyi müəyyən olunmayıb.

Faktla bağlı araşdırma aparılır.