Stadionu mühafizə edən polis əməkdaşını avtomobil vurdu

03:00 20-09-2019 1145

Nərimanov rayonunda polis əməkdaşının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az xəbər verir ki, minik avtomobili metronun “Gənclik” stansiyasının yaxınlığında Çevik Polis Alayının əməkdaşı, 1987-ci il təvəllüdlü Ağayev Vüsal Elsevər oğlunu vuraraq qaçıb.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, xəsarət alan polis işçisi UEFA Avropa Liqasının “Qarabağ” – “Sevilya” oyunu keçirilən Tofiq Bəhramov adına stadiona mühafizəni gücləndirməyə cəlb olunubmuş.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu