Vupi Qoldberq serialda 100 yaşlı peyğəmbər rolunu oynayacaq

04:45 20-09-2019 768

Məşhur amerakalı aktrisa, “Oskar” mükafatçısı Vupi Qoldberq “Qarşıdurma” serialında Abiqayl-ana rolu haqqında danışdı.

EW” xəbər verir ki, serial Stiven Kinqın əsəeri əsasında çəkilib.

Serialdakı roluna görə, Qoldberq 4 ay ağ dredlərdə gəzməli olacaq.

“Qarşıdurma” qripin ölümcül növü haqda bəhs edəcək: bəşəriyyətin 99%-nin ölümündən sonra sağ qalan insanlar yaxşılıq və pislik arasında seçim etmək məcburiyyətində qalacaqlar.