İnterpolun axtardığı azərbaycanlı saxlanıldı

15:09 20-09-2019 571

Kiyevdə İnterpol xətti ilə axtarışda olan azərbaycanlı saxlanılıb. 

HerGun.Az xəbər verir ki, bununla bağlı Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb. 

Bildirilib ki, “Kiyev” aeroportunun sərhəd-keçid məntəqəsində saxlanılan 1961-ci il təvəllüdlü şəxsin Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən dələduzluq ittihamı ilə axtarışda olduğu müəyyənləşib.