Avtomobillər Suraxanıda 300 abonenti qazsız qoydular - FOTO

01:18 21-09-2019 641

Suraxanıda bəzi abonentlərin qaz təminatında fasilələr yaranıb.

“Azəriqaz İB”dən HerGun.Az-a verilən məlumata görə, ötən gün saat 22:00 radələrində Suraxanı rayonunun Samir Əliyev küçəsində avtomobillər diametri 108 mm olan qaz xəttini qırıblar.

Bakı Regional qaz istismarı Departamentindən verilən məlumata görə qəza nəticəsində siyirtmə də sınıb və yaxın ətrafda yaşayan 300 abonent qazsız qalıb.

Qəzanın nəticələrinin aradan qaldırılması yönündə işlər gedir.