Ağdaş sakinindən tiryək, heroin və marixuana aşkarlandı - FOTO

17:27 21-09-2019 903

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Ağdaş şəhər sakini 45 yaşlı Gəray Əliyev saxlanılıb. 

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 2 ədəd kiçik sellofan bükümdə ümumi çəkisi 2,366 qram narkotik vasitə olan heroin aşkar edilib. 

Davam etdirilən tədbirlərlə G.Əliyevin yaşadığı evə də baxış keçirilib. Baxış zamanı oradan 36 qrama yaxın qurudulmuş marixuana və 20 qramdan artıq narkotik vasitə olan tiryək aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.