Dövlət Komitəsi telefonları, kompüter avadanlıqlarını satışa çıxarır
21:27 21-09-2019 630
Əmlak Məsələləri Dövlət Komitəsi 22 oktyabrda dövlət nəfinə müsadirə edilmiş əmlakları hərraca çıxaracaq.
HerGun.Az-ın xəbərinə görə, müxtəlif telefonlar, kompüter avadanlıqları, maldarlıq ferması və avtomobil müştərilərə təqdim olunacaq.
Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər satışa çıxarılan əmlaka sifariş vermək üçün Əmlak Xidmətləri Məkanına müraciət edə bilərlər.
Aqşin Kərimov