“Hilton” hotellərinin sahibi öldü - FOTO

02:36 22-09-2019 945

“Hilton” hotel biznesinin sahibi Barron Hilton sentyabrın 19-da ABŞ-da vəfat edib. 

CNN-nin verdiyi məlumata əsasən, 91 yaşlı  Hilton Los-Ancelesdəki evində təbii səbəblərdən dünyasını dəyişib.

Qeyd edək ki, o, 30 il ərzində “Hilton Hotels Corporation”un baş direktoru vəzifəsində çalışıb.

“Bloomberg Billionaires Index” in məlumatına görə, şirkətin xalis dəyəri 1,25 milyard dollar səviyyəsində qiymətləndirilir.

İş adamının nəvəsi, məşhur müğənni Paris Hilton özünün “twitter” səhifəsində başsağlığı verərək, babasının gözəl bir insan olduğunu qeyd edib.

Ümumilikdə, Barron Hiltonun səkkiz uşağı, 15 nəvəsi və dörd nəticəsi var.