Alimlər kometanın üstündə “tullanan” daşlar tapdılar

04:27 22-09-2019 944

Astronomlar “67P/Churyumov-Gerasimenko” kometasının Rosetta zondu ilə çəkilmiş şəkillərində tullanan qəribə daşlar aşkar ediblər.

“Xronika.info”nun verdiyi  məlumata əsasən, süxurdan  böyük parçalar qopub səth üzərində hərəkət edirdilər.

Bu, toz və daşların kosmosa atılmasına gətirib çıxarır. Lakin onların bir hissəsi kometa qalır və “tullanır”. 

Alimlər 230 tonluq süxur parçasının 50 metr hündürlükdən düşdüyünü  və sonra səth üzərində “tullandığını” müəyyən ediblər.

Alimlərin fikrincə, kometanın sıxlığı buz və ya daşdan daha azdır. Kometanın qravitasiyası isə Yerdən on min dəfə zəifdir.