Masallıda oğurluq edən Yevlax sakini saxlanılıb

23:54 26-06-2019 1192

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşayış evindən pul və qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb. 

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan HerGun.Az-a verilən məlumata görə, Masallı rayonunun Bədəlan kənd sakini Cəsail Şahbazov Rayon Polis Şöbəsinə müraciət edərək, ona məxsus yaşayış evindən 7000 manat dəyərində qızıl zinət əşyalarının və 100 manat pulun oğurlandığını bildirib. 

Oğurluğu törətmiş şəxsin Yevlax şəhər sakini İntiqam Mahmudov olduğu müəyyən edilib və o saxlanılıb. Oğurladığı qızılların bir qismi ondan aşkarlanaraq maddi sübut kimi götürülüb. Faktla bağlı Masallı Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.

Rövşən Mövlan