“Rembo” uğrunda Al Paçino, Robert De Niro, Dastin Hoffman və digər məşhurlara qalib gələn Silvestr Stallone

15:18 22-09-2019 1279

Döyüş filmlərinin məşhur aktoyru Silvestr Stallone ona ən çox populyarlıq gətirən “Rembo: İlk qan” filmi haqqında maraqlı məlumatlar açıqlayıb.

“RİA Novosti” xəbər verir ki, “The Hollywood Reporter”ə müsahibə verən aktyor sözügedən filmdə baş rol oynamaq üçün 8 nəfərin namizəd olduğunu, Hollivudun ən məşhur simaları ilə rəqabətdən özünün qalib gəldiyini bildirib.

Rejissorlar Vyetnam Müharibəsi veteranı Con Rembo obrazı üçün Paul Nyuman, Al Paçino, Robert De Niro, Ceyms Qarner, Rayan O'Nil, Stiv Makkin və Dastin Hoffmanı sınaqdan keçirsələr də, yekunda rolu Stallone ifa edib.

Qeyd edək ki, “Rembo: İlk qan” filmi 1982-ci ildə çəkilib. Rejissor Ted Kotçeffin büdcəsi 15 milyon dollar olan filmi dünyada 125,2 milyon dollardan çox gəlir topladı.