İsveçrədə insanlar buzlağın “yasına” gəldilər - FOTO

09:36 23-09-2019 550

Qlobal istiləşmənin qurbanı olan İsveçrədəki Pitsol buzlağının “yas mərasimi”nə onlarla insan toplaşıb.  

BBC xəbər verir ki, son 13 il ərzində Pitsol buzlarının 80 faizi əriyib.

“Elmi nəzəriyyədə o, artıq buzlaq deyil”, - İsveçrəli təbiət qoruyucusu Alessandra Degiakomi deyib.

Buzlağın “anım mərasimi”nə yerli əhalidən başqa, turistlər və ekologiya cəmiyyətlərinin üzvləri gəliblər. Qara paltar geyinən həvəskarlar 2,7 km məsafəni qət ediblər.

Pitsol buzlağı İsveçrənin Avstriya və Lixtenşteyn sərhədlərinə yaxın ərazidə yerləşir.