Baləkəndəki narazılıq məcrasından çıxsa kim məsuliyyət daşıyacaq-VİDEO

22:49 23-09-2019 1880

Ötən sayımızda Balakəndə tütünçülüklə məşğul olan fermerlərin bankrot olma səbəblərin yazmışdıq.

Qeyd edək ki, Azerinfo.tv-yə şikayət edən 36 vətəndaşın içində Qarabağ əlilləri, şəhid ailələri və azsaylı xalqların nümayəndələri var.
Məmurların təxribatı və ötən sayımızda qeyd etdiyimiz səbəblərdən ən böyük ziyan görmüş fermerlərdən biri Ramazan Alqayev deyir ki, Balakəndə məhsul yetişdirmək bu məmurlarsız da çətindir. Torpağın gücü yoxdur. Aqrotekniki qulluq yoxdur deyə yaxşı məhsuldarlıq olmur.
Üstəlik “Azərtütün” MMC-dəki süni maneələr.
Ramazan Alqayev bildirdi ki, problemlə bağlı ilk dəfə 2019-cu il , 18 mart tarixdə “Kiçik və Orta Biznesin İnkişafı Agentliyi”nın Qəbələ filialına müraciət ediblər.
Ordan cavab gəlib ki, filiala yox, agentliyin ümumi sədri Orxan Məmmədovun adına yazın ərizəni. 30 mart 2019-cu ildə ora da məktub yollanıb.
Aprelin 13-2 Bakıda “Kiçik və Orta Biznesin İnkişafı Agentliyi”nın ofisində fermerlərlə görüş keçirilir.

Həmin görüşə “Azərtütün” MMc nümayəndəsi və “Aqrarkredit” QSC-nin nümayəndəsi də qatılır.
Bu adamlar şikayətçilərə qənaətbəxş cavab vermirlər. Onda fermerlər deyir ki, dediklıərinizi yazılı formada təqdim edin. Onlar bundan da imtina edir.
Fermerlər Prezident Aparatına müraciət yollayır. 27.06.2019-cu ildə Prezident Aparatında 5 nəfərlə qəbula düşürlər.
Onları Azər Əmiraslanovun müşaviri Lətif qasımov qarşılayır.
Lətif Qasımov deyir ki, sizn ərizələri Kənd Təsərrüqfatı Nazirliyinə göndərmişik. Özümüz də məktuba nəzarət edəcəyik.
Prezidentə də çatdıracayıq.




Hələ də bir cavab yoxdur. “Azərtütün” MMC-nin təxribatçı işçilərindən başqa təbii fəlakətlər də fermerlərə ziyan vurubAbdurrahmanov Manaf Cəbrayıl oğlunun 8 hektar sahəsi su altında qalıb. O cümlədən Ramazan Alqayevin də 2 hektar sahəsi. Heç bir kompensasiya verilməyib.
Yuxarıda göründüyü kimi, ötür-ötür oyunudu. Görünür Prezident Aparatında Balakən üzrə kurator olan şəxsa ənənvi olaraq problemin ,şikayəıtlərin prezidentə çatdırılmasında maraqlı deyil. Balakən icra hakimiuyyətindəki tütün monoplistlərinin sifarişini yerinə yetirməklə məşğuldur.


Bəs bu narazılıq İsmayıllıdakı , Siyəzəndəki hadisələr kimi məcrasından çıxsa, iğtişaşa çevrilsə necə-kim cavab verəcək bu dövlətin qarşısında. Strateji bölgədə, müxtəlif xalqların birgə yaşadığı rayonda bu boyda narazılığı yaratmaqda məqsəd nədir.
Mövzuya qayıdacağıq .