Bakıda qonşuların davası bıçaqlanma ilə bitdi

05:18 24-09-2019 981

Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

HerGun.Az xəbər verir ki, qonşular arasında yaranan mübahisə əlbəyaxa davaya çevrilib. 

İlkin məlumata görə, 1980-ci il təvəllüdlü Muxtarov Ədalət Məhəbbət oğlunun və 1985-ci il təvəllüdlü Bağırov Zəki Vaqif oğlunun ataları mübahisə edib. Qonşular arasında yaranan mübahisə zamanı Ə.Muxtarov Z.Bağırovun atasına yumruqla zərbə endirib.

Daha sonra Zəki Bağırovun qaynı Əfqanı qarın nahiyəsindən bıçaqlayıb. Bu zaman Ə.Muxtarov da Z.Bağırovu kürəyindən bıçaqlayıb.  

Hər iki yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ə.Muxtarova qarının ön divarının, Z.Bağırova isə kürəyin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Hadisənin dəqiq hansı səbəbdən baş verməsi Sabunçu Rayon Polis İdarəsində araşdırılır.

Kamil Əmirli, Elşad Mətləboğlu