Sobçak manyak qurbanına çevrildi – FOTO

08:27 24-09-2019 872

Rejissor Konstantin Boqomolov “Yaxşı insan” adlı yeni serialın çəkilişinə başlayıb.

Film “Anqara manyakı” kimi tanınan qatilin tarixçəsindən danışır. Baş rollarda tanınmış aktyorlar Nikita Yefremov və Yuliya Snegir oynayırlar.

Rejisorun həyat yoldaşı Kseniya Sobçak da filmdə rol alıb: o manyak qurbanını oynayır.  

Sobçak bu xəbəri "Instagram" səhifəsində paylaşıb. Şəkildə ilk gündə çəkiliş meydançasında sındırılan ənənəvi boşqab əks olunub.

“Bir tanınmış rejissorun kastinqindən keçdim”, - Sobçak şəkli belə şərh edib.