“Qafqaz Qartalı - 2019” təlimində atış çalışmaları keçirildi - VİDEO

12:36 25-09-2019 619

Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin əldə etdikləri razılığa əsasən Bakıda keçirilən “Qafqaz Qartalı - 2019” birgə təlimi çərçivəsində xüsusi təyinatlı qüvvələr avtomat, tapança, snayper tüfəngi və birdəfəlik qumbaraatanlardan xüsusi atış çalışmaları yerinə yetiriblər.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qarışıq atəş qrupları tərkibində icra edilən atışlar zamanı xüsusi təyinatlılar yüksək peşəkarlıq nümayiş etdirərək qarşıya qoyulmuş tapşırıqları uğurla icra ediblər.