MN: Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur
15:18 25-09-2019 1133
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycana məxsus pilotsuz uçuş aparatının (PUA) vurulması xəbərlərinə reaksiya verib.
Müdafiə Nazirliyindən HerGun.Az-a bildirilib ki, yayılan məlumatlar dezinformasiya xarakterlidir.
Qeyd olunub ki, Ermənistan KİV-lərində yayılan xəbər həqiqətə uyğun deyil.
“Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur”,-deyə Müdafiə Nazirliyi bəyan edib.