Rasim Balayev səhhəti ilə bağlı yayılan məlumatlara münasibət bildirdi
17:36 25-09-2019 1162
Bu gün bəzi mətbuat orqanlarında Xalq artisti Rasim Balayevin səhhətinin pisləşməsi barədə məlumat yayılıb.
HerGun.Az-ın əməkdaşı Xalq artistinin səhhəti ilə bağlı məlumat öyrənmək üçün onunla əlaqə saxlayıb.
Rasim Balayev saytımıza açıqlamasında vəziyyətinin yaxşı olduğunu bildirib:
“Top kimiyəm”.
Qeyd edək ki, Xalq artisti keçən il bel yırtığı diaqnozu ilə müalicə almaq üçün Türkiyəyə getmişdi.
İlhamə Əbülfət