Bakı sakinlərindən Fuad Qəhrəmanlı ilə bağlı qalmaqala münasibət - SORĞU / VİDEO

18:54 25-09-2019 919

Bir müddət əvvəl sosial şəbəkələrdə Selcan Yağmurun ailəsi, daha doğrusu, atası Fuad Qəhrəmanlı haqqında etdiyi paylaşım ölkə gündəmində müzakirələrə səbəb oldu. 

Mövzu artıq ailə-məişət çərçivəsindən çıxıb, ictimai əhəmiyyət kəsb etməyə başladı. Hər halda, baş verənlər istər onlayn mətbuatda, istərsə də sosial şəbəkələrdə birmənalı qarşılanmadı. Baku TV mövzunun aktuallığını nəzərə alıb, vətəndaşların da məsələyə münasibətini öyrənib.  Ünvanlanan suallara onların verdikləri cavabları sizə təqdim edirik.