Sumqayıtda kişini öldürdülər

23:54 25-09-2019 568

Sentyabrın 25-də axşam Sumqayıtda qətl hadisəsi baş verib.

Bu barədə HerGun.Az-a hüquq-mühafizə orqanlarındakı mənbə xəbər verib. 

Hələlik, yalnız öldürülən şəxsin adının Şəhriyar olduğu məlumdur.

Qətl hadisəsi bıçaq vasitəsi ilə törədilib. Şübhəli şəxsin kimliyi və qətlin motivləri hələlik bəlli deyil.

Fakt üzrə araşdırma aparılır.

Ramella İbrahimxəlilova