Nyu-Yorkun qubernatoru teleaparıcı sevgilisi ilə ayrıldı – FOTO

04:36 26-09-2019 1287

Nyu-York ştatının qubernatoru Endryu Kuomo və sevgilisi teleaparıcı Sandra Li 14 illik münasibətlərdən sonra ayrıldılar.

TMZ” xəbər verir ki, Kuomo və Li ayrılmaları barədə birgə bəyanat veriblər.

“Biz hər zaman bir ailə olaraq qalacağıq, bir birmizi dəstəkləyəcəyik və qızlarımıza sadıq olacağıq”, - bəyanatda belə deyilir.

Cütlük şəxsi həyatlarına hörmətlə yanaşmağı xahiş ediblər və əlavə şərhlərdən boyun qaçırıblar.

Qeyd etmək lazımdır ki, cütlüyün birgə uşaqı olmasada onlar Kuomonun keçmiş arvadından olan 3 qızını böyüdüblər. Qubernatorun keçmiş həyat yoldaşı Robert Kennedinin qızı – Kerri olub.