Deputat: Partiyalara ayrılan vəsait artırılmalıdır

12:45 27-06-2019 1096

Siyasi partiyalara ayrılan vəsait artırılmalıdır.

HerGun.Az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “2019-cu ilin dövlət büdcəsi haqqında” və “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” qanunlara dəyişiklikləri nəzərdə tutan qanun layihələrinin birinci oxunuşlarda müzakirəsi zamanı millət vəkili Tahir Kərimli deyib.

T.Kərimli bir neçə partiyanın adından hökumətə və parlament rəhbərliyinə müraciət edib.

O qeyd edib ki, qarşıda növbəti bələdiyyə seçkiləri gəlir, ona görə də partiyaların gücləndirilməsi, onlara ayrılan dövlət vəsaitinin artırılması zəruridir.

Deputat, həmçinin ölkədə proporsional seçki sisteminə qayıdış məsələsinin gündəmə gətirilməsinin vacibliyini söyləyib.

Kamil Həmzəoğlu