Hakim ayağını sındırdı, lakin oyunu axıra kimi idarə etdi - VİDEO

06:00 27-09-2019 502

Hollandiya kubokunun “Kvik Boys”-“Katveyk” 1/64 final qaşılaşmasında hakim Rob Diperink ayağını sındırıb, lakin axıra kimi oyunu idarə edib.

Hadisənin videosu “Fox Sports”un “Twitter” səhifəsində yerləşdirilib.

Oyunun əsas vaxtı bitənə yaxın hakim ayağında ağrı hiss edərək futbol meydançasına həkimləri çağırıb. İlkin tibbi yardımdan sonra Diperink daha 30 dəqiqə əlavə vaxtda hakimlik edib. Oyun 3:2 hesabı ilə “Katveyk” xeyrinə bitib.

Matçdan sonra hakim tibbi müayinədən keçib və onda ayaq biləyinin sınığı aşkarlanıb. Hollandiyalı qeyrimüəyyən müddətə futboldan qıraqda qalmalı olacaq.