Ledi Qaqa: Bredli mənim ürəyimi qırdı – FOTO

07:18 27-09-2019 611

Hollivud aktyoru Bredli Kuper müğənni Ledi Qaqaya edəcəyi evlənmək təklifindən vaz keçib.

New Idea” xəbər verir ki, aktyor müğənniyə onu sevdiyi haqda deyib, onunla evlənmək fikrində olub və bunun üçün hətta üzük seçimi də edibmiş.  

Lakin son anda Kuper əlavə məsuliyyətdən qorxaraq fikrindən daşınıb.

Aktyorun bu addımı Ledi Qaqanın könlünə yatmayıb. O, dostlarına bildirib ki, Bredli onun ürəyini qırıb.

Müğənni özünə artıq yeni sevğılı də tapıb: onu səs rejissoru Den Horton ilə öpüşən zaman görüblər.