Sumqayıt sakini çəp baxışına görə öldürüldü

11:27 27-09-2019 632

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər 2-ci polis bölməsinin əməkdaşları 1990-cı il təvəllüdlü Hacı Zeynalabdin Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş Eldarov Şəhriyar Azad oğlu saxlanılıb.

Bu barədə HerGun.Az-a Sumqayıt Şəhər Polis İdarəsindən məlumat verilib.

Kişi sentyabrın 25-i gecə saatlarında qeyd olunan kəndin ərazisində öldürülüb. Hadisə ilə əlaqədar həmin qəsəbənin sakini 1995-ci il təvəllüdlü Qədirov Mətləb Eldar oğlu saxlanılıb. Saxlanılan şəxsdən maddi sübut kimi cinayət aləti - bıçaq götürülüb.

Cinayətin motivinə gəldikdə isə səbəb çox adidir - Şəhriyar Eldarovun çəp baxışı gənclər arasında qarşıdurmaya və qətlə gətirib çıxarıb.

Şəhər prokurorluğu faktla bağlı istintaq aparır. 

Ramella İbrahimxəlilova