Cəbrayıl Həsənovu məğlub edən amerikalı dünya çempionu Həbiblə döşəkdə görüşmək istəyir

11:36 27-09-2019 451

Bilirəm ki, Cəbrayıl Həsənov güclü rəqibdir. O, rəqibini tutmaqda və pərçimləməkdə, həmçinin üzbəüz dayanarkən çox yaxşıdır.  

HerGun.Az xəbər verir ki, bunu sərbəst güləş üzrə ikiqat dünya çempionu Kayl Deyk deyib.

O, fight-library.com saytına müsahibəsində ikinci dəfə Cəbrayıl Həsənovu məğlub edərək dünya çempionu olmasından danışıb:

“Oyun planım onu döşəkdən ​​kənarlaşdırmaq idi. Mən bu planı həyata keçirməklə çox yaxşı bir iş ortaya qoydum və ikinci qızılımı da ələ ala bildim”.

79 kq-da dünya çempionu olmuş Kayl Deyk UFC çempionu Həbib Nurməhəmmədovla qarşılaşmağa pis yanaşmadığını bildirib:

“Əgər Həbib güləş döşəyində yarışmaq istəyirsə, mən hazıram. Həbib Nurməhəmmədov, bunu eşitdiniz? Gəlin, bunu edək”.

Səbuhi Musayev