Çinlilər “Gelandewagen”in analoqunu yaratdılar - FOTO

15:45 27-09-2019 529

Çinlilər məşhur “Gelandewagen”in öz büdcələrinə uyğun analoqunu yaradıblar. Yeni versiyaya bir sıra kosmetik dəyişikliklər olunub.

Enovosty.com xəbər verir ki, ilk kommersiya avtomobilləri artıq brend avtosalon dilerlərində satışa çıxarılıb. 

“Beijing BJ80”, əslində, faktiki olaraq “Mercedes-Benz G-Class” (Gelandewagen) modelinin surətidir.

Avtomobil yüngül lehimli diskləri, eksklüziv dizaynı və əyləc kaliperləri ilə diqqət cəlb edir.

“Çin Gelandewagen”i həcmi 2,3 litr olan Saab 9-5 turbo mühərriklə təchiz edilib. Avtomobil altı pilləli avtomat mühərrik qutusu ilə təmin edilib. 

Avtomobilin ilkin dəyəri 42-46 min dollar civarındadır. Orijinal “Mercedes-Benz Gelandewagen” almaq üçün alıcılar ən az 186 min dollar ödəməlidirlər.