İbrahimoviçdən “Matrix” fləşmobu - VİDEO

20:09 27-09-2019 663

ABŞ-ın “Los Anceles Qalaksi” klubunun isveçli futbolçusu Zlatan İbrahimoviç “Twitter” hesabında “Matrix challenge” adı altında yeni fləşmob təqdim edib.

HerGun.Az xəbər verir ki, o, sinəsi üstündə topu saxlayaraq “Matrix” filmindəki qəhrəman kimi əllərini tərpədib.

Daha sonra o, estafeti “Mançester Yunayted”in fransalı yarımmüdafiəçisi Pol Poqbaya, rusiyalı MMA döyüşçüsü Həbib Nurməhəmmədova, serb tennisçi Novak Cokoviçə və özünün italiyalı meneceri Mino Rayolaya ötürdüyünü açıqlayıb.

Səbuhi Musayev